İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin tarifləri dayandırması səbəbi AÇIQLANDI

ABŞ Prezidenti Donald Trampın administrasiyası beynəlxalq maliyyə böhranı ehtimalı səbəbindən yeni ticarət tariflərinin bir hissəsinin tətbiqini 90 gün müddətinə dayandırmaq qərarı verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Bu barədə The New York Times (NYT) qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Ağ Evdə qlobal fond və xammal bazarlarında yeni çökmə dalğasından və maliyyə sektorunda panika yaranmasından ehtiyat edirlər. Belə bir vəziyyətin nəzarətdən çıxacağı və ABŞ iqtisadiyyatına ciddi zərər vuracağı düşünülür.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens və maliyyə naziri Skott Bessent, ticarət müharibəsində Vaşinqtonun strategiyasının daha aydın və hədəfli şəkildə qurulmasının vacibliyini vurğulayıblar. Mənbələrə görə, bu strategiya Çini təcrid etmək və ABŞ-nin ticarət balansı kəsiri ilə mübarizəyə ciddi yanaşdığını nümayiş etdirmək məqsədi daşıyır.

Xatırladaq ki, Tramp 2 aprel tarixində 185 ölkə və əraziyə qarşı gömrük tarifləri tətbiq ediləcəyini elan edib. Rusiya bu siyahıya daxil edilməyib.

– Universal tariflər (10%) 5 aprel,

– Fərdi tariflər isə 9 aprel tarixindən qüvvəyə minib.

Bundan əlavə, ABŞ administrasiyası 3 apreldən etibarən bütün idxal avtomobillərinə 25% gömrük tarifi tətbiq edib.

9 apreldə Tramp danışıqlara hazır olduqlarını bildirən ölkələrə qarşı tarif artımını 90 gün müddətinə dayandırdığını söyləyib. Həmin ölkələr üçün 10%-lik idxal tarifləri qüvvədə qalacaq. Bessent qeyd edib ki, bu qərar Kanada və Meksikaya da şamil olunur.

Eyni zamanda, ABŞ Prezidenti Çin məhsullarına qarşı tarifləri 125%-ə qədər artırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR