Onlayn ictimai-siyasi qəzet
"ABŞ, İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşdığını göstərən yeni kəşfiyyat məlumatı əldə edib. Məlumatı CNN Amerika rəsmilərinə istinadən yayıb. Mənbələr bildiriblər ki, “İsrailin İranın nüvə obyektinə zərbə endirməsi ehtimalı son aylarda əhəmiyyətli dərəcədə artıb”: “Tramp tərəfindən müzakirə edilən və İranın bütün uranını əlindən çıxarmayan ABŞ-İran sazişinin perspektivi zərbə ehtimalını artırır”".
Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev bildirib.
Politoloq qeyd edir ki, telekanalın qeyd etdiyinə görə, ələ keçirilən İsrail rabitə məlumatları və İsrail hərbi hərəkətlərinin müşahidələri zərbənin hazırlandığını göstərir. Bu arada rəsmilər bildiriblər ki, İsrail liderlərinin mümkün zərbə ilə bağlı yekun qərar verib-vermədiyi hələ aydın deyil. Eyni zamanda telekanalın Amerika mənbələrindən biri xəbər verib ki, İsrail liderləri zərbə endirmək qərarına gələrsə, ABŞ yardım göstərməyə hazır olmaq üçün kəşfiyyat məlumatlarının toplanması işini gücləndirir.
İsrail İranın nüvə obyektlərinə hücumu çoxdan planlaşdırır və burada bir neçə strateji məqsəd var. İlk növbədə İranın nüvə istehsalının qarşısını almaqdır. Rəsmi Tehran uranın zənginləşdirilməsini 60 faizə çatdırıb ki, bu da nüvə silahının əldə edilməsi üçün kritik hədd deməkdir.
İkinci bir məsələ isə İranın son zamanlar üzərində ciddi şəkildə işlədiyi ballistik raket proqramının qarşısını kəsməkdir. Tehran 2024-cü il İran-İsrail savaşı zamanı ballistik raketlərin gücündən maksimum dərəcədə istifadə etdi və bunu daha da inkişaf etdirmək istəyir. Eyni zamanda İran son zamanlar regionda İsrailin əsas düşməni olan husiləri də bu silahla təchiz edir. Husilər İsrailə hücumları məhz İrandan götürdükləri ballistik raketlərlə həyata keçirir. İsrail raket istehsal məntəqələrini sıradan çıxarmaqla təkcə İrana yox, həm də husilərə ciddi zərbə vurmağı hədəfləyir.
Üçüncü önəmli məsələ isə İranda rejim dəyişikliyidir. Baş nazir Benyamin Netanyahunun son zamanlar İrandakı indiki rejimə müxalifət qüvvələri, xüsusilə də Pəhləvilərin nümayəndələri ilə keçirdiyi görüşlər rejim dəyişikliyi söhbətini ciddiləşdirir".
Politoloqun fikrincə, ABŞ-ın bu məsələdə İsraili dəstəkləyəcəyi çox da inandırıcı deyil:
"Omanda aparılan danışıqlarla bağlı müsbət mesajların verilməsi Vaşinqtonun Tehrana qarşı münasibətinin yumşalmasına səbəb olub. Buna görə də İsrail İranın hansısa radikal davranışını gözləməlidir. Əks halda, ABŞ-dən bu məsələ ilə bağlı çətin ki, ciddi dəstək ala bilsin".
Xalidə Gəray,
Musavat.com
26 May 2025
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ