İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ kəşfiyyatı İrəvana belə yerləşib - ŞOK GİZLİNLƏR

Son ilyarımda Amerikanın xüsusi xidmət servislərinin rəhbərləri İrəvana tez-tez səfər edir; istintaq və təhlükəsizlik orqanları nəzarətə götürülür, Vaşinqton patrul polisinin yaradılmasına təxminən 16 milyon dollar sərmayə qoyub

ABŞ Ermənistanın hüquq-mühafizə, istintaq və təhlükəsizlik orqanlarını tədricən nəzarətə götürür, lazımi əməliyyat və kəşfiyyat məlumatlarını alır. Bunu “Sputnik Ermənistan”a müsahibəsində Ermənistan İstintaq Komitəsinin Ərazi İstintaq İdarələrinin Fəaliyyətinə Nəzarət Baş İdarəsinin sabiq rəisi, ədliyyə general-mayoru Tatul Petrosyan deyib.

Ümumiyyətlə, son zamanlar Amerikanın yüksək vəzifəli hüquq-mühafizə orqanlarının nümayəndələrinin Ermənistana səfərləri tez-tez baş verir. Belə ki, avqustun 27-də Ermənistan İstintaq Komitəsinin rəis müavini Arsen Ayvazyan FTB nümayəndə heyətini qəbul edərək, ona istintaqın struktur və funksional xüsusiyyətlərini təqdim edib.

ABŞ-ın Ermənistandakı 10-cu səfiri Kristina Kvin ilə tanış olun: ABŞ  səfirliyi video paylaşıb

Ertəsi gün ABŞ səfiri Kristina Kuinn Daxili İşlər Nazirliyinin rəis müavinləri ilə birlikdə ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən su patrulları üçün keçirilən təkmilləşdirmə kurslarını müşahidə etmək üçün Sevana səfər edib. Bundan əvvəl iyulda İrəvanda ABŞ dövlət katibinin müavini Üzra Zeya bəyan etmişdi ki, Vaşinqton Ermənistan patrul polisinin yaradılmasına təxminən 16 milyon dollar sərmayə qoyub. “Mən əminəm ki, bütün məlumatlar, bütün kəşfiyyat şəbəkəsi, hətta daxili polis kəşfiyyat şəbəkəsi ABŞ-a veriləcək”, - Petrosyan deyir.

ABŞ-nin məxfi Ermənistan planı: Təhlükəsizlik strukturları pulla ələ alınır  - Oxu.az

Ədliyyə general-mayorunun sözlərinə görə, bütün bunlar dövlət səviyyəsində baş verir. Nəzərə almaq lazımdır ki, ABŞ-ın İraqdan sonra ikinci ən böyük diplomatik korpusu İrəvanda yerləşir. Hətta səfirliyin işçilərinin sayının iki mindən çox olduğu deyilir. İstisna deyil ki, onların əksəriyyəti kəşfiyyatçılardır. Yəni Mərkəzi Kəşfiyyat İdarəsi səfirlik adı ilə regiona yerləşib. Son ilyarımda  Ermənistana ABŞ xüsusi xidmət servislərinin rəhbərləri tez-tez səfər etməyə başlayıblar. İlk olaraq, ABŞ-ın nüfuzlu xüsusi xidmət servisi olan Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri İrəvana gəldi. Bağlı qapılar arxasında baş nazir Nikol Paşinyanla görüşdükdən sonra səfərin məqsədi barədə hər hansı açıqlama vermədən Ermənistanı tərk etdi. Ardınca Böyük Britaniya, Almaniya və Fransanın kəşfiyyat şefləri də eyni xarakterli səfərlər reallaşdırdılar. MKİ rəhbərinin müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyəti isə may ayında İrəvanda səfərdə olub. 

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ kəşfiyyatına yaxın olduğu barədə iddialar yeni deyil. Tez-tez Vaşinqtonda bağlı qapılar arxasında  görüşlər keçirən Qriqoryanın Paşinyanın yerinə hazırlandığı haqda da iddialar var. Şübhə yoxdur ki, Ermənistanla bağlı kəşfiyyat planlarını məhz Armen Qriqoryan üzərindən reallaşdırılır. Bu səfərlər göstərir ki, Vaşinqton İrəvanda mövqelərini gücləndirməyə çalışır. ABŞ Rusiyanın forpostu olmuş ölkədə strateji olaraq möhkəmlənir və Paşinyan administrasiyasına da bu məqsədlə güclü dəstək verilir.

Zaur İbrahimli: Qlobal Bakı Forumu Azərbaycanın gücünün və inkişafının  rəmzinə çevrilib - AZƏRTAC

 Zaur İbrahimli

Politoloq Zaur İbrahimlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-ın Ermənistanın təhlükəsizlik qüvvələrini gücləndirməsi yeni xəbər deyil və bu il aprelin 5-də Brüssel görüşündə də qərarlar qəbul olunub: “Polis qüvvələri də daxil olmaqla, təhlükəsizlik orqanlarının gücləndirilməsi Paşinyan hakimiyyətinin qorunması ilə bağlıdır. Burada strateji məqsəd Paşinyan iqtidarını müdafiə etməklə yanaşı, xarici təsirlərlə ölkədə vəziyyətin nəzarətdən çıxmasına yol verilməsi hallarının qarşısını almaqdır. Eyni zamanda ABŞ hərbi dəstək də göstərir və Pentaqon rəsmisinin erməni ordusunda konsultant kimi işləməsi bir reallıqdır. Hazırda Paşinyan hökumətinin əsaslarını laxlatmağa yönəlik, onun fiziki olaraq aradan qaldırılmasına hesablanmış təhlükələrdən mühafizə etmək üçün bu kimi addımlar atılır”.

Z.İbrahimli hesab edir ki, bu zərurət ABŞ-ın yaxın illərdə müşahidə etdiyi hadisələrdən qaynaqlanır: “Gürcüstanda bu təcrübə tətbiq olunmuşdu, Saakaşvili dövründə radikal islahatlar aparılmışdı, polis və təhlükəsizlik sistemi yenidən qurulmuşdu, ABŞ-ın təlim briqadalar formalaşmışdı. Amma Saakaşvili devrildi və göründü ki, o dönəmdə Tiflisdə olan mərkəzi hökumət prezidentə olan təhlükələr haqda zamanında lazımi məlumat toplamayıb. Bu təcrübədən irəli gələrək ABŞ indi Paşinyanla bağlı təhlükəsizliyin təminatında daha ciddi addımlar atır. Bu il İrəvan polisinin aksiyaları dağıdarkən fərqli üslubunu da gördük və bu, Amerikanın verdiyi dəstəyin təzahürü idi”.

Politoloqun fikrincə, Vaşinqton İrəvana kommunikasiya-texnologiya, eləcə də rabitə sistemlərinin təchizatının yaxşılaşdırılması üçün fasiləsiz maliyyə yardımı göstərəcək: “Qarşıdakı seçkilərdən sonra ABŞ-ın yeni administrasiyasının indiki kursu dəstəkləyəcəyi ilə bağlı əminlik yoxdur deyə Vaşinqton üçün uzunmüddətli öhdəlik yaradacaq qərarlar verməyə çalışırlar. Ümumiyyətlə, ABŞ Ermənistana dəstəklə bərabər, bu ölkədən regionda kəşfiyyat bazası kimi istifadə edir, həmçinin də onu regionun əsas dayaq nöqtəsi kimi görür. Nəzərə alaq ki, Ermənistanda hələ də rus hərbi bazası var, Türkiyə və İran sərhədləri ruslar tərəfindən qorunur, aktiv kəşfiyyat fəaliyyətləri həyata keçirilir. Son aylarda baş verənlər də bir daha göstərdi ki, Paşinyan iqtidarının gücləndirilməsi, təhlükəsizliyinin uzunmüddətli təmin edilməsi əsas hədəflərdən biridir. Amerikanın bölgədəki maraqlarının təmin olunması üçün bu, səmərəli yollardan biridir”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli Ermənistanın ABŞ-ın forpostuna çevrilməsi istiqamətində addımlar atıldığını düşünür, bununla belə, Rusiya kəşfiyyatının İrəvanda kifayət qədər kök saldığını hesab edir. Onun fikrincə, erməni ordusunda, istintaq orqanlarında, milli təhlükəsizlik xidmətində rusların adamları var: “Son vaxtlar polisdə dəyişikliklər edilib. Paşinyan polisin dəstəyini qazana bilib. Orduda Papikyanın gəlişindən sonra bəzi qərarlar olduğu görünməkdədir. Erməni hərbçilərin amerikalı əsgərlərlə birgə təlimlərini xüsusi qeyd etmək olar. MKİ rəhbərlərinin İrəvana səfərləri isə bu prosesin daha bir komponentidir. ABŞ kompleks iş aparmağa çalışır ki, Ermənistanı bütövlükdə götürsün. Bunun üçün mərhələli iş aparılır. Hazırda siyasi təsirləri var, iqtisadi cəhətdən möhkəmlənə bilmirlər, çünki Ermənistan iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdədir, təhlükəsizlik məsələsində isə hələ də İrəvan qeyri-müəyyənlik içindədir, KTMT-ni tərk etməyib, iki gün qabaq Zaxarova növbəti xəbərdarlığını etdi, sərhədlərini də rus əsgərləri qorumaqdadır, Gümrüdə və Erebunidə rus bazaları qalmaqdadır, kəsəsi, Ermənistanın hüquq-mühafizə, istintaq və təhlükəsizlik orqanlarında, o cümlədən ordusunda iş getməsinə baxmayaraq, Rusiyanın güclü təsirləri mövcuddur və elə də asan olmayacaq”.

Hərbi ekspertə görə, Ermənistan hakimiyyətinin qorunmasında MKİ-nin olduqca mühüm rolu var: “Paşinyanın arxayın görünməsi, gah velosiped sürməsi, gah Göyçə gölünün ətrafında gəzintisi məhz onun mühafizəsi ilə bağlıdır. Halbuki erməni cəmiyyətində terrorçuluq var. 1999-cu il hadisələrini xatırlaya bilərik. Hətta spiker Simonyan bu ilin əvvəlində bildirmişdi ki, o gülləbaranın təkrarlanması riski mövcuddur. Bu baxımdan amerikalılar ölkənin təhlükəsizlik-kəşfiyyat orqanlarında iş aparır, ora ciddi şəkildə yerləşiblər. Lakin bu nə qədər davam edəcək, proqnoz vermək çətindir. Rusiya gözünün qarşısında Ermənistanın əldən çıxmasına tamaşaçı mövqeyində qalmayacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR