Onlayn ictimai-siyasi qəzet
İran parlamenti ölkənin cənubundakı Şəhid Rəcai limanında baş vermiş partlayışa səbəb olan səhlənkarlıqla bağlı yollar və şəhərsalma naziri Fərzaneh Sadiqə qarşı impiçment proseduruna başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə İran parlamentinin İctimai işlər komitəsinin üzvü Məhəmməd Mənan Rəisi "Tasnim"ə müsahibəsində deyib.
“Liman İdarəetmə Təşkilatının hərəkətsizliyi və yanlış hesablamaları, mənzillərin qeydiyyatı proqramının bağlanması və insanların qanuni hüquqlarından məhrum edilməsi, Daşınmaz Əmlakın Tənzimlənməsi Nazirliyinin zəif fəaliyyəti, dəfələrlə qanun pozuntuları və texniki aspektlərin məlumatsızlığı impiçment prosedurunda əsas məqamlardandır”, - deyə o bildirib.
Deputat əlavə edib ki, impiçmenti dəstəkləyənlərin sayı artıq 40 nəfərə çatıb və son məlumata görə, bu sayın artacağı gözlənilir.
Musavat.com
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ