Onlayn ictimai-siyasi qəzet
ABŞ Yaxın Şərqdə "İran və ya onun proksi qüvvələrinin əhəmiyyətli hücumlarına hazırlaşır".
Musavat.com xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Con Kirbi deyib.
Onun sözlərinə görə, hücum bu həftə ərzində baş verə bilər. Kirbi jurnalistlərə bildirib ki, ABŞ son günlər regiondakı qüvvələrini gücləndirib.
O, həmçinin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda ölümündən sonra “İranın dəstəklədiyi” mümkün hücumdan narahatlığını ifadə edib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ