İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Kolorado ştatında meşə yanğınları 20 min insanın təxliyəsinə səbəb olub

ABŞ-ın Kolorado ştatının Boulder şəhərində davam edən meşə yanğınlarına görə 20 min insan təxliyə edilib.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, yanğın şəhərin cənub hissəsindəki təpələrdə başlayıb və güclü külək səbəbilə daha geniş əraziyə yayılıb. Hazırda yanğının yanğınsöndürən təyyarələrin də iştirakı ilə yaşayış yerlərindən uzaq tutulmasına və söndürülməsinə çalışılır.

Qeyd edək ki, dekabrın sonunda eyni bölgədə başlayan meşə yanğınlarında təxminən 1100 ev zərər görmüşdü.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR