İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ-ın "Javelin" ehtiyatları tükənir" - CNN

ABŞ-da "Javelin" tank əleyhinə sistemlərinin ehtiyatları artıq tükənməkdədir. Onların əksəriyyəti Rusiya ordusuna qarşı döyüşmək üçün Ukraynaya göndərilib.

AzVision.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin Beynəlxalq Təhlükəsizlik Proqramının baş məsləhətçisi Mark Kanzianın sözlərinə görə, ehtiyatların bərpası illər çəkəcək.

Birləşmiş Ştatlar Şimali Koreya, İran və ya Rusiyanın ona qarşı başlada biləcəyi müxtəlif mümkün qlobal münaqişələr üçün ehtiyatlar saxlayır. Nə vaxtsa bu ehtiyatlar o qədər azalacaq ki, əsgərlər "hərbi əməliyyatlar keçirə bilərikmi?" sualı verəcəklər. Birləşmiş Ştatlar yəqin ki, bu məqama yaxınlaşacaq, - Canziane deyib.

Onun sözlərinə görə, anbarlarda 20-25 min arası "Javelin" qalıb və Ukraynaya göndərilən 7 min sistem ümumi ehtiyatın təxminən üçdə birini təşkil edir.

"Artıq təhvil verilmiş raketlərin yerinin doldurulması təxminən 3-4 il çəkəcək. Əgər ABŞ Ukraynaya daha çox raket göndərsə, o zaman daha çox vaxt tələb olunacaq", - deyə ekspert yekunlaşdırıb.

Qeyd edək ki, ABŞ müharibə başlayandan Ukraynaya fəal şəkildə kömək edir. Vaşinqton artıq milyonlarla dollar dəyərində hərbi yardımlar göndərib. Aprelin 14-də prezident Co Bayden Vaşinqtonun Kiyevə daha 800 milyon dollarlıq hərbi yardım edəcəyini bəyan edib. Eyni zamanda, ABŞ Müdafiə Nazirliyinin saytında göstərilir ki, yardım paketində 155 mm-lik 18 haubitsa, 40 000 döyüş sursatı, 500 "Javelin" , 200 M113 zirehli heyət daşıyan maşın, 300 dron, 11 Mİ-17 helikopteri, 10 artilleriya kəşfiyyat radar stansiyası olan AN /TPQ-36 və iki AN/MPQ-64 yedəkli radarlar nəzərdə tutulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR