İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ-ı COVİD-19-la bağlı manipulyasiya etməməyə çağırırıq” - Çin FTB-yə cavab verdi

“Çin koronavirusun mənşəyi ilə bağlı istənilən siyasi manipulyasiyaya qəti şəkildə qarşı çıxır”.

Azpost.info xəbər verir ki, bunu, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin FTB direktoru Kristofer Reyin açıqlamasını şərh edərkən deyib.

Rey COVİD-19-un Çindəki laboratoriyadan sızdığı barədə açıqlama verib.

Bunu təkzib edən Çin XİN ABŞ-ı elmə və faktlara hörmət etməyə və bu mövzunu siyasiləşdirməyi dayandırmağa çağırıb: “Çin koronavirusun mənbəyini tapmaq bəhanəsi ilə hər cür siyasi manipulyasiyaya qəti şəkildə qarşıdır. Biz ABŞ-ı elmə və faktlara hörmət etməyə, koronavirusun mənşəyinin izlənməsi məsələsini siyasiləşdirməyi dayandırmağa çağırırıq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR