İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ hüquq tarixində maraqlı olay - zorlanan qadın təcavüzkara aliment ödəməli oldu

ABŞ hüquq tarixində heyrətamiz hadisə baş verib.

Birləşmiş Ştatların Luiziana ştatınının məhkəməsi tərəfindən zorlama nəticəsində hamilə qalan qızın anasının təcavüz edənə aliment ödəməsinə qərar verilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə WBRZ portalı məlumat yayıb.

Qeyd edək ki, 2005-ci ildə 16 yaşlı Krista Abelset adlı amerikalı qadın 30 yaşlı Con Barns tərəfindən onun evində təcavüzə məruz qalıb. Bir müddət sonra zərərçəkən hamilə olduğunu bilib və qız uşağı dünyaya gətirib.

"Hamı bunun [hamiləliyin] mənim sevgilimdən olduğunu güman edirdi və mən bunun üçün susmağa məcbur qaldım",-deyə qadın bildirib.

Uşağın 5 yaşı olanda təcazvüzkar onun varlığından xəbər tutub və qızın qəyyumluğunun ona verilməsini tələb etməyə başlayıb. Bundan sonra məhkəmə uşağın zorlama nəticəsində dünyaya gəlməsinə rəğmən, kişiyə qəyyumluq haqqı tanıyıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR