İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dövlət katibinin müavini: “Moskva və Tehranın Cənubi Qafqazda fəallığı təşviş doğurur”

“Moskva və Tehranın Cənubi Qafqaz regionunda fəallığı təşviş doğurur”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid deyib.

Onun sözlərinə görə, Qarabağdakı Rusiya sülhməramlıları proseslərdə konstruktiv rol oynamırlar: “İran isə Cənubi Qafqazda siyasi, hərbi və iqtisadi rolunu fəal şəkildə genişləndirməyə çalışır.

Rusiya və İranın regional fəallığı Ermənistan-Azərbaycan sülh prosesini daha da aktual məsələyə çevirə bilər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR