İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dövlət katibinin köməkçisi: Rusiyanın Ukraynadakı müharibəsi regionda ciddi suallar yaradıb

Rusiyanın Ukraynanı işğal etməsi bu ölkənin uzunmüddətli niyyətləri barədə Cənubi Qafqazda ciddi suallar yaradıb

“Rusiyanın regionda roluna gəlincə etiraf etməliyik ki, bu ölkənin Cənubi Qafqazda uzunmüddətli marağı var.

APA xəbər verir ki bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi doktor Karen Donfrid ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində dinləmələr zamanı deyib.

Onun sözlərinə görə Rusiya nümayəndələri davamlı şəkildə Azərbaycan və Ermənistandan olan rəsmilərlə görüşürlər.

“Rusiya Prezidenti Putin bir müddət əvvəl Baş nazir Paşinyan və Prezident İlham Əliyevin görüşünə Soçidə ev sahibliyi etdi. Biz Rusiyanın regionda rolunu və vacib təsirini etiraf edirik. Lakin Rusiyanın Ukraynada etdiklərinin bu regionda böyük təsiri var. Biz Rusiyanın Cənubi Qafqazda faktor olmağa davam etdiyini görsək də eyni zamanda bu ölkənin Ukraynanı işğal etməsi Rusiyanın uzunmüddətli niyyətləri barədə regionda ciddi suallar yaradıb. Cənubi Qafqazın heç bir ölkəsi Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləmir.

Biz düşünürük ki, baş verənlər regionda dinamikanı dəyişir, biz Rusiyanın rolunu etiraf etsək də bu ölkələr arasında sülhün əldə olunmasına kömək etmək istəyirik”, - o deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR