Onlayn ictimai-siyasi qəzet
ABŞ-da H5N1 quş qripindən ilk insan ölümü təsdiqlənib.
Musavat.com xəbər verir ki, Luiziana ştatında bir xəstə ev və çöl quşları ilə təmasdan sonra xəstələnib.
Vəziyyəti ağırlaşan şəxs xəstəxanaya aparılıb və bir müddət sonra orada vəfat edib.
Qeyd edək ki, daha əvvəl ÜST rəhbəri Tedros Qebreyesus quş qripinin yayılmasına diqqət çəkib və H5N1-in tezliklə yeni pandemiyaya səbəb ola biləcəyini etiraf edib.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ