İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan TÜRKİYƏ mesajı: "Alqışlayırıq"

ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Patrik Rayder Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İŞİD terror təşkilatının dördüncü lideri Əbu Hüseyn əl-Hüseyni əl-Qureyşiyə qarşı keçirdiyi əməliyyatdan danışıb.

Musavat.com xəbər verir ki, mətbuat konfransında sualları cavablandıran Rayder Türkiyənin İŞİD-lə mübarizəsini təqdir etdiklərini bildirib.

"Hazırda bu hesabatları təsdiq edə bilmərik. Doğrudursa, alqışlayırıq. Ümumiyyətlə, Türkiyənin İŞİD-ə qarşı etdiklərini yüksək qiymətləndiririk. Bildiyiniz kimi, Türkiyə qüvvələri əvvəllər Suriyanın şimalında, sərhəd bölgələrində İŞİD-ə qarşı döyüşüb. Beynəlxalq ictimaiyyətin İŞİD-i məğlub etmək üçün edə biləcəyi hər şey çox faydalıdır”, - deyə, o bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 30-da əl-Quraşinin zərərsizləşdirildiyini açıqlayıb. Aprelin 29-da Suriyanın Cinderes şəhəri yaxınlığında MİT-in keçirdiyi əməliyyat zamanı “təslim olun” çağırışına cavab verməyən Qureyşi üzərindəki kamikadzeni partladıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR