İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan molla rejiminə daha bir ZƏRBƏ - 10 yüksək rütbəli İran rəsmisi…

ABŞ İrana qarşı yeni sanksiyalar elan edib.

Musavat.com xəbər verir ki, Maliyyə Nazirliyi və Dövlət Departamenti Böyük Britaniya və Avropa İttifaqı (Aİ) ilə eyni vaxtda ABŞ-ın İranın 10 yüksək rütbəli rəsmisi və Tehranda insan haqlarının pozulması ilə əlaqəsi olduğu müəyyən edilən 1 təşkilata qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

Rəsmi məlumatda bildirilib ki, bu, İranda 2022-ci ildə etirazların başlanmasından bəri dinc nümayişçilərin dağıdılmasına görə məsuliyyət daşıyan məmurları hədəf alan doqquzuncu sanksiyadır. Sanksiya tətbiq edilən qurum İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kooperativ Fondudur.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, sanksiyaya məruz qalan İran rəsmiləri arasında kəşfiyyat nazirinin müavini Naser Rəşidi, İran İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Tənavar, İnqilab Keşikçiləri Qvardiyasının Kirmanşahdakı Qərb Bölgə Qərargahının komandanı Məhəmməd Nəzər Əzimi, İran İnqilabı Keşikçiləri Korpusunun Qərb Bölgəsi komandirinin müavini, İnqilab Keşikçiləri Korpusunun Asiya Komandiri Quroşbaniard var.

Digər səlahiyyətli şəxslər arasında Yəhya Alaeddini, Camal Əli Babaoradi, Əhməd Həsən Kərimi, Əliəsğər Noruzi, Sayted Aminollah Tabatabainin olduğu bildirilir.

"Birləşmiş Ştatlar İran xalqının insan haqları və digər fundamental azadlıqlar tələblərini dəstəklənməyə sadiqdir. Nə qədər ki, zorakılıq, saxta məhkəmələr, etirazçıların edamları və əhalini sıxışdırmaq üçün digər vasitələr tətbiq olunur, biz İrandakı tərəfdaşlarımızla işləməyə davam edəcəyik. ABŞ İrandakı rejimi məsuliyyətə cəlb etməyə davam edəcək”, – ABŞ Maliyyə nazirinin müşaviri, Terror və Maliyyə Kəşfiyyatı üzrə Baş Qərargah rəisi Brayan E. Nelson deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR