İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da yaşayan jurnalist: “Burada iş yerləri bağlanır, qida bahalaşır...

Bir müddətdir Amerikada yaşayan keçmiş televiziya aparıcısı Qənirə Ataşova sosial şəbəkədəki statusu ilə diqqət çəkib.

Musavat.com-un xəbərinə görə, o qeyd edib ki, hazırda Amerikada vəziyyət ağırdır, iqtisadi böhran gözlənilir. İş yerləri, bizneslər bağlanır, qidaların qiymətləri bahalaşır:

“Amerikada iqtisadi böhran gözlənilir. İnsanlar iş yerlərini itirə bilər. Hətta itirirlər də. Son günlərdə böyük TECH kompaniyaları işçilərini buraxır. İş yerinin itirilməsi digər sahədə də insanlara təsir edəcək. Hazırda ABŞ-da işlə bağlı vəziyyət pisləşib. Yeni ev alanlar evlərini itirə bilər. Banklarda pul ehtiyatı azalıb, bizneslər bağlanır, qida bahalaşır. “Recession” yanvarda gələcək demişdilər. Tam gəlməsə də, mən izlərini görürəm. Ev faizləri oynayır, iş yerləri azalır… Səbəb bəlli olmasa da, COVID-dən sonrakı dalğa kimi də görünür. Təbii, bura Amerikadır, insanlar işsizlik müavinəti alacaqlar, amma onunla da olmaz, həyat yürüməz. Qoca Baydeni heç sevmirəm. Ölkəni heç idarə edə bilmir. Bu ölkəyə cavan, enerjili, açıq düşüncəli bir prezident lazımdır. Bütün bunlara rəğmən, mən bu həftə iş yerimdə namizədlərin iş müsahibəsində iştirak etdim. Amerikada mənim üçün bir ilk idi. İşə götürmək də məsuliyyət imiş… Özümü xatırladım, Amerikada 2017-ci ilin avqustunda ilk iş müsahibəsinə uşaqlarla getmişdim (uşaqları qoymağa yerim yox idi). Ceyhun müsahibənin ortasında “mənim anam güclüdür, ona iş versəniz, peşman olmayacaqsınız” demişdi”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR