İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə ALOVLANDI: Sərnişinlər TƏCİLİ TƏXLİYƏ EDİLDİ - VİDEO

ABŞ-ın Texas ştatının Hyuston şəhərindən Nyu-Yorka uçan "United Airlines" təyyarəsinin sərnişinləri uçuş-enmə zolağında baş verən yanğın səbəbindən təxliyə edilib.

Musavat.com xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Məlumatda bildirilir ki, təyyarə havaya qalxmağa hazırlaşarkən yanğın qeydə alınıb və dərhal təhlükəsizlik tədbirləri görülüb.

Hadisə yerinə dərhal hava limanının yanğınsöndürmə xidməti və təcili yardım qrupları cəlb olunub. Rəsmilər bildiriblər ki, bütün sərnişinlər və heyət üzvləri vaxtında təxliyə edilib və xəsarət alan olmayıb.

İlkin məlumatlara görə, yanğının səbəbi texniki nasazlıq ola bilər. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır. "United Airlines" rəhbərliyi sərnişinlərin təhlükəsizliyinin onların əsas prioriteti olduğunu vurğulayaraq, insidentin səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq qurumlarla əməkdaşlıq etdiklərini bildirib.

Qeyd edək ki, son dövrlərdə ABŞ-da aviasiya insidentlərinin artması narahatlığa səbəb olub. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR