İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Netanyahudan sonra onunla GÖRÜŞƏCƏK

İordaniya kralı II Abdullah və ABŞ prezidenti Donald Tramp arasında görüş gələn həftəyə planlaşdırılıb.

Musavat.com xəbər verir ki, bu barədə İordaniyanın "Petra" agentliyi məlumat yayıb.

Məlumatada bildirilir ki, II Abdullah fevralın 11-də Vaşinqtonda Trampla görüşəcək.

Rəsmi dəvət ötən həftə alınıb.

İsrailin baş naziri Benyamin Netanyahu bu gün Vaşinqtona səfər edir. O, fevralın 4-də Trampla görüşəcək.

"Al Arabiya" qeyd edir ki, İordaniya kralı ilə görüş Donald Trampın Qəzza zolağından fələstinlilərin Misir və İordaniyaya köçürülməsi ideyasını irəli sürməsindən sonra baş tutacaq. ABŞ-ın regiondakı əsas müttəfiqləri olan Misir və İordaniya Trampın Qəzzanı “təmizləmək” təklifini dəfələrlə rədd edib.

Misir prezidenti Əbdülfəttah əs-Sisi daha əvvəl deyib ki, “Fələstin xalqını öz torpaqlarından çıxarmaq haqsızlıqdır və buna qatılmaq olmaz”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR