Onlayn ictimai-siyasi qəzet
Qərbi Ontario Universitetinin kanadalı alimləri aşkar ediblər ki, portağal və naringilərdə olan nobiletin maddəsi artıq çəki ilə mübarizə aparmağa, diabet və ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir.
Tədqiqat Journal of Lipid Research (JLR) jurnalında dərc olunub.
Təcrübə zamanı yüksək kalorili pəhrizə yerləşdirilən siçanlar iki qrupa bölünüb, onlardan biri nobiletin qəbul edib. Nəticələr göstərib ki, nobiletin verilən gəmiricilər eyni pəhrizi yeməsinə baxmayaraq, arıq qalır, qan lipidləri aşağı olur və insulinə həssaslıq artıb.
Nobiletin verilən obez heyvanların damarlarında yağ lövhəsinin azalması da daxil olmaqla, vəziyyətlərində yaxşılaşmalar müşahidə edilib.
Nobiletinin əvvəlcə AMP kinaz fermentini aktivləşdirdiyi düşünülürdü, lakin sonrakı tədqiqatlar fərqli bir təsir mexanizmini göstərib. İndi alimlər nobiletinin insanlara təsirini öyrənməyi planlaşdırırlar. (Publika.az)
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ