Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Viskonsin ştatının Miluoki şəhərində Respublikaçılar Partiyasının milli qurultayının keçirildiyi ərazinin ətrafındakı təhlükəsizlik zonasının təxminən bir kilometrliyində polis naməlum şəxsi güllələyib.
"Report" bu barədə "Fox News 6" telekanalına istinadən xəbər verir.
Polis Miluokiyə Ohayo ştatının Kolumbus şəhərindən gəlib. Hadisənin səbəbləri ilə bağlı əlavə məlumat verilməyib.
Xatırladaq ki, Respublikaçılar Partiyasının milli qurultayı iyulun 15-də Miluokidə başlayıb və dörd gün davam edəcək.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ