Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, ABŞ-da yaşayan həmyerlimiz Şahbaz Abdurrahmanov yaşadığı Viskonsin ştatının Störcen Bey şəhərində həyatına qəsd edib.
News24.az Şahbaz Abdurrahmanov barədə yeni faktlar əldə edib.
Şahbazın yaxın qohumu, yazıçı Almaz Ərgünəş bildirib ki, Şahbaz özünə qəsd etməyib və onun psixoloji vəziyyəti qaydasında olub:
"İstintaq hələ davam edir. Şahbaz çox yaxın qohumumdur. Sumqayıtda gimnaziyanı əla qiymətlərlə bitirib, ADA-ya qəbul oldu. Daha sonra ABŞ təhsilini davam etdirirdi. Çox həyat dolu, ağıllı bir gənc olub. Həmişə ədalətin, haqqın müdafiəçisi kimi ətrafda tanınıb. Psixoloji və fiziki durumu çox sağlam olub. Vəfatından bir gün qabaq anası ilə görüntülü danışıb. Səhəri gün dostlarından biri onun ölüm xəbərini verib. Ruhu şad olsun. Allah valideynlərinə səbr versin. Hamımız cənazəni kədərlə gözləyirik. Öz məntiqimlə hadisələri təhlil edərkən belə qənaətə gəlirəm ki, Şahbaz özünə qəsd etməyib, özünə qəsd söhbəti yalandır".
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ