İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da bir qallon benzinin qiyməti 5 dolları ötüb

ABŞ-ın yanacaqdoldurma məntəqələrində bir qallon (3,785 litr) benzinin orta qiyməti 5 dolları ötərək tarixi maksimumu yeniləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Birləşmiş Ştatlardakı 60 mindən çox yanacaqdoldurma məntəqəsində qiymətləri izləyən Amerika Avtomobil Assosiasiyası tərəfindən yayılıb.

İyunun 11-də ABŞ-da “Regular” markalı (Azərbaycanda Aİ-92 markasına uyğundur) benzinin bir qallonunun qiyməti 5,004 dollara qalxıb, bir gün öncə isə qiymət 4,986 dollar idi. 2021-ci il yanvar ayının sonlarında Cozef Bayden ABŞ prezidenti səlahiyyətlərini icra etməyə başladığı ilk həftədə bir qallon benzin 2,39 dollara satılırdı.

Ölkədə ən yüksək yanacaq qiymətləri ənənəvi olaraq Kaliforniya ştatında qeydə alınır. Burada sürücülər hər qallon benzin üçün orta hesabla 6,42 dollar ödəməli olacaq.

ABŞ-da pərakəndə benzin qiymətlərində güclü bahalaşma qış mövsümünün sonundan başlayıb. Ardıcıl olaraq dördüncü həftədir ki, ölkədə yanacaq qiymətlərində artım baş verir.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar enerji sektorunu da əhatə etdiyi üçün bütün dünyada yanacağın qiymətində nəzərəçarpacaq artım müşahidə olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR