Onlayn ictimai-siyasi qəzet
Cümə axşamı səhər saatlarında Floridanın sahilində küləyin sürəti 200 km/saata çatıb.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Milli Uraqan Müşahidə Mərkəzi (NHC) məlumat verib.
Təbii fəlakət nəticəsində təxminən 2 milyon ev təsərrüfatı işıqsız qalıb.
Yerli hakimiyyət orqanları Sankt-Lusi dairəsinə düşən uraqan nəticəsində iki nəfərin ehtimal ki, həlak olduğunu bildirib. Daha bir neçə yaralı xəstəxanalara yerləşdirilib,- Sky News yazır.
Bundan əlavə, NBC qeyd edir ki, "Milton" "Tropikana Fild" stadionunun damına ziyan vurub və Sankt-Peterburqda bir kranın uçmasına səbəb olub.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ