İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-a ŞOK ZƏRBƏ - Dünyanın ən böyük iqtisadiyyatlarından biri çökür

Dünyanın ən böyük iqtisadiyyatlarından biri olan ABŞ inflyasiya və tənəzzüldən əziyyət çəkir

ABŞ faiz dərəcələrini qaldırsa da, inflyasiyanın qarşısını ala bilmir. Məşğulluq sahəsində zəiflik olmasa da, iqtisadiyyatı durğunlaşmağa başlayan ABŞ inflyasiyanı 2 faizə endirmək üçün faiz dərəcələrini qaldırmağa davam edir. Son zamanlar uçot dərəcəsini 25 bənd artıran FED də faiz artımlarının davam edə biləcəyini anons edib.

Musavat.com xəbər verir ki, Almaniya mərkəzli kredit dərəcələndirmə təşkilatı "Scope Rating" ABŞ-ın kredit reytinqini araşdırıb. Agentlik mümkün endirimlər üçün ABŞ-ın uzunmüddətli xarici və yerli valyutada “AA” reytinqini və qısamüddətli “S-1” reytinqini öyrənib.

Araşdırmaya görə, artan siyasi qütbləşmə, 2022-ci ilin noyabrında Konqres seçkilərindən bəri bölünmüş hökumət və gələcək illərdə daha yüksək federal kəsirlər fonunda borc tavanından sui-istifadə riski artıb.

ABŞ-da, demək olar ki, hər il baş verən borc tavanı böhranı reytinqə mənfi təsir edən əsas amillərdəndir. 

Bundan əlavə, FED-in inflyasiyanı azaltmaq məqsədilə sərtləşdirmə dövrünü tamamladıqda iqtisadi və bank sistemi üçün yaranan risklər, nisbətən zəif dövlət maliyyəsi, əhalinin qocalması və əhalinin artımının yavaşlamasının iqtisadi və maliyyə nəticələri, iqtisadi və bank sistemi üçün risklər, yüksək və artan borc ehtiyatı, xarici sektorun təhlükəsizlik nöqsanları da digər risklər sırasındadır.

"Scope Rating" qeyd edir ki, risklərin artacağı təqdirdə reytinq daha da aşağı düşəcək, lakin texniki defoltun qarşısı alınarsa və borc limiti tavanı problemləri aradan qaldırılarsa, AA reytinqi təsdiqlənə bilər.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR