İnsanlara hürriyət, millətlərə istiqlal!

Abituryentlərin DİQQƏTİNƏ: Bu ixtisas qrupu üzrə keçid balları KƏSKİN artacaq

Məlum olduğu kimi avqustun 9-dan etibarən ölkədə ali məktəblərə ixtisas seçimi başlayıb. Beləliklə, minlərlə abituriyent imtahan verdikləri ixtisas qrupu üzrə ballarına uyğun olaraq ixtisas seçimi edirlər.

İndi ən çox cavab axtarılan suallar plan yerlərinin, həmçinin keçid ballarının artıb-artmayacağı ilə bağlıdır. Xatırladaq ki, ötən il bir çox ixtisasın keçid balında xeyli azalma müşahidə olunmuşdu. Məsələn, Dövlət Gömrük Komitəsi Akademiyası ‘‘İnformasiya Təhlükəsizliyi’’ ixtisasının balı 2022-ci ildə 583 idisə, ötən il 200 bala bərabər olmuşdu.

Bu il abituriyentlər üçün yeni ali təhsil müəssisələri və yeni ixtisas seçimi imkanları var. Belə ki, ilk dəfə ali təhsil müəssisələrinin sırasında Qarabağ Universiteti, İtaliya-Azərbaycan Universiteti, Türkiyə-Azərbaycan Univetsiteti də yer alıb.
Lakin bəzi mütəxəssislər bildirir ki, bu il bütün qruplar üzrə 500 baldan yuxarı prestijli ixtisaslarda ötən illə müqayisədə 50 bala yaxın artım olacaq.

"Bu il abuturiyentlərin, həm də yüksək bal toplayanların sayında ciddi artım var ki, bu da ciddi rəqabət yaradacaq".

1589192278_kamran4 (4).jpg (74 KB)

Musavat.com bildirir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı danışarkən deyib.

"Ciddi bal artımını əsasən lll ixtisas qrupunda gözləyirik. Çünki bu qrup üzrə abituriyentlərin həm də yüksək bal toplayanların sayında kəskin artım var. Bu baxımdan abituriyentlərə tövsiyə edərdim ki, ötən ilin keçid ballarına və plan yerlərinə nəzər yetirib, təhlil aparsınlar. Ötən il həm abuturiyentlərin sayı, həm də toplanan balların sayı az idi. Bu il isə plan yerləri artsa belə, ona mütənasib olaraq, yüksək bal toplayanların da sayında artım var" - ekspert qeyd edib.

Xatırladaq ki, ixtisas seçimi bütün ix­tisas qrupları üzrə 19-dək in­ter­­net vasitəsilə aparılacaq.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR