Onlayn ictimai-siyasi qəzet
90-cı illərin tanınmış killeri “Saşa Soldat” ləqəbli Aleksandr Pustovalov azadlığa çıxıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, cəzasını ciddi rejimli koloniyada çəkən Pustovalov cümə günü, noyabrın 17-də azadlığa buraxılıb.
Qeyd olunub ki, tanınmış killer həbsdə olduğu illər ərzində çox dəyişib.
Məlumata görə, Pustovalov daha 3 il hüquq-mühafizə orqanlarının nəzarətində qalacaq və iki aydan bir polisə məlumat verəcək.
Eyni zamanda onun yaşayacağı şəhəri tərk etməsi və gecə vaxtı çölə çıxması da qadağandır.
Qeyd edək ki, “Saşa Soldat” 1999-cu ildə saxlanılıb və sübuta yetirilən 22 qətlə görə 24 il müddətinə azadlıqdan məhrum edilib.
Onun qurbanları arasında hüquq-mühafizə orqanlarının əməkdaşları, iş adamları və digər cinayətkar qrupların üzvləri də olub.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ