İnsanlara hürriyət, millətlərə istiqlal!

8 nömrəli tam orta məktəbdə nə baş verir? - AÇIQLAMA

Mayın 17-də paytaxtdakı ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq imtahanı keçirilib. İmtahan Bakıda yerləşən 8 nömrəli tam orta məktəbdə təşkil olunub, lakin bu, valideynlər arasında narazılığa səbəb olub.

Məktəblilərin valideynləri şagirdlərin saat 09:00-da imtahana başlamasına baxmayaraq, imtahan vərəqələrinin onlara 3-4 saat sonra verildiyini bildiriblər.

Valideynlərin iddialarına görə, imtahanın 150 dəqiqə davam etməsi gözlənilsə də, şagirdlər 4-5 saat məktəbdən buraxılmayıb. Bu zaman məktəbin qarşısında gözləyən valideynlər narahatlıq hissi keçirərək, övladlarının dərhal buraxılmasını tələb ediblər. Nəticədə, uşaqlar göz yaşları ilə məktəb binasından çıxıblar.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, 4-cü sinif şagirdləri üçün keçirilən monitorinq zamanı bir imtahan mərkəzində texniki məsələlərlə bağlı problem yaranıb:

"Bununla bağlı operativ tədbirlər görülüb. Uşaqlara optimal vaxt ərzində biliklərini nümayiş etdirmək üçün müvafiq vaxtın verilməsi təmin olunub. Monitorinq şəffaf şəkildə keçirilib və heç bir əlavə ajiotaj yaranmayıb", - deyə qurumdan bildirilib.**Milli.Az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

19 May 2025

BÜTÜN XƏBƏRLƏR