İnsanlara hürriyət, millətlərə istiqlal!

66 yaşlı əmisi arvadını qətlə yetirən şəxsin cəzası məlum oldu

Xaçmazda əmisi arvadının qətlində təqsirləndirilən Tofiq Nofəl oğlu Balacayevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Musavat.com APA-ya istinadən bildirir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Hökmə əsasən, Tofiq Balacayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin mart ayında Xaçmaz rayonunun Yergüc kəndində, kənd sakini Səfurə Əlişah qızı Balacayeva qətlə yetirilib. Onun qaynı oğlu, 27 yaşlı Tofiq Nofəl oğlu Balacayev tərəfindən qətlə yetirildiyinə şübhələr müəyyən olunub. Həmin şəxs saxlanılıb. O, istintaqa verdiyi ifadəsində törədiyi cinayəti etiraf edib.

Tofiq Balacayevin 66 yaşlı əmisi arvadı Səfurə Balacayevanın başına ağacla çoxsaylı zərbələr vurub öldürdüyü məlum olub.

Xaçmaz rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9 maddəsi ilə cinayət işi başlanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR