İnsanlara hürriyət, millətlərə istiqlal!

“6 oktyabr 2022-ci ildə tanıdım...” - Paşinyan AÇIQLADI

“6 oktyabr 2022-ci ildə ölkənin baş naziri kimi Ermənistanın ərazi bütövlüyünü rəsmən tanıdım”.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bəyan edib.

Paşinyan qeyd edib ki, cəmiyyətdə həmin tarixlə bağlı daha çox onun Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı tanıması ilə bağlı ritorika yayılıb. Baş nazir bu faktı təsdiqləsə də, bunun yalnız hadisənin bir tərəfi olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu qərarın arxasında həm siyasi, həm də hüquqi əsaslar olub.

Paşinyan 2022-ci ilin sentyabr-oktyabr aylarında Ermənistanın KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) müraciət etdiyini xatırladıb.

O zaman Ermənistanın KTMT-nin müdafiəsinə ümid etdiyi, çünki əvvəlki danışıqlarda bu təşkilatın Ermənistanın sərhədini “qırmızı xətt” kimi tanıdığı bildirilib. Lakin hadisələr baş verəndə KTMT-nin qeyri-müəyyən mövqe tutduğunu deyən Paşinyan “Ermənistanın sərhədi haradan keçir?” sualına cavab verilmədiyini bildirib.

Bu isə onu fikirləşməyə vadar edib ki, bəlkə KTMT ölkələri Ermənistanın ərazi bütövlüyünü tanımır?

“Bununla da sual ortaya çıxdı: Bəs biz özümüz Ermənistanın ərazi bütövlüyünü tanıyırıqmı? Əgər tanıyırıqsa, bu, harada və necə ifadə olunur?” – deyə Nikol Paşinyan əlavə edib.

Paşinyan vurğulayıb ki, Ermənistanın öz ərazi bütövlüyünü tanıması qonşuların ərazi bütövlüyünün tanınmasından ayrı deyil. Bu səbəbdən də 6 oktyabr 2022-ci ildə Ermənistan həm öz, həm də qonşularının ərazi bütövlüyünü tanımaq qərarına gəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR