Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Rusiyanın Moskva Ali İqtisadiyyat Məktəbinin rektoru Nikita Anisimovu sanksiya siyahısına daxil edib.
Musavat.com xəbər verir ki, Aİ-nin qərarına əsas səbəblərdən biri universitetdə “sanksiyalardan yayınma” mövzusunda xüsusi kursun açılması olub.
Bundan əlavə, Anisimov açıq şəkildə bəyan etmişdi ki, universitet “xüsusi hərbi əməliyyatda” iştirak edən şəxslərin və onların övladlarının təhsilini maliyyələşdirəcək. Rəsmi Brüssel bu açıqlamanı Rusiyanın təcavüzkar siyasətini dəstəkləmək kimi qiymətləndirib.
Avropa İttifaqının qərarında qeyd olunur ki, Anisimovun fəaliyyəti Kremlə bağlı elmi və təhsil strukturlarının “müharibə təbliğatı”nın bir hissəsinə çevrilməsinə xidmət edir.
Musavat.com
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ