İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın dəstəklədiyi keşişlə bağlı qalmaqal: Ovanavanq kilsəsində gərginlik

Ermənistanın Ovanavanq kilsəsində ciddi gərginlik yaşanır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, dini rütbəsindən məhrum edilmiş keşiş Ter Aram ibadətgahı tərk etməkdən imtina edib. Hadisə yerinə digər ruhanilər və polis əməkdaşları cəlb olunub.

Kənd sakinlərindən biri bildirib ki, bu kilsə Ovanavan kəndinə məxsusdur və onlar keşiş kimi məhz rütbəsindən məhrum edilmiş Stepan Asatryanı qəbul edirlər.

Mübahisə, nikah mərasimi üçün kilsəyə gələn bir cütlüyün, Ter Aramın artıq kilsə rütbəsindən məhrum edildiyindən xəbərsiz olması ilə başlayıb. Cütlük vəziyyətdən xəbər tutduqdan sonra onun vasitəsilə nikah mərasimindən imtina edib.

Asatryan isə digər ruhanilərə bildirib ki, özünün rütbədən məhrum edilməsini qəbul etmir və xidmətini davam etdirmək niyyətindədir.

Məsələ daha da rezonans doğurub, çünki baş nazir Nikol Paşinyan bu keşişə açıq şəkildə dəstək verib. Paşinyanın yaxın çevrəsinin məlumatına görə, o, Asatryanın “xalqın arasında nüfuzlu din xadimi” olduğunu bildirib və onun tərəfindən keçiriləcək ayində şəxsən iştirak edə biləcəyini istisna etməyib. Bu isə Ermənistan Apostol Kilsəsi ilə hökumət arasında gərginliyin yeni mərhələyə keçdiyini göstərir.

Müşahidəçilər qeyd edirlər ki, Paşinyanın kilsənin daxili işlərinə dolayısı müdaxiləsi ölkədə artıq uzun müddətdir davam edən dövlət–kilsə qarşıdurmasını daha da dərinləşdirə bilər.

Hazırda polis qüvvələri kilsə ərazisindədir, lakin tərəflər arasında kompromis əldə olunmayıb. Kilsənin girişində toplaşan kənd sakinləri Asatryanın yerində qalmasını tələb edir, rəsmi kilsə rəhbərliyi isə qərarın qüvvədə olduğunu bildirir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR