Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin 19-cu sanksiya paketi çərçivəsində Aİ-dən Rusiyaya santexnika məhsullarına qoyulan qadağanı şərh edib.
Musavat.com xəbər verir ki, bu barədə o, Rusiya Coğrafiya Cəmiyyətinin qurultayından sonra keçirilən mətbuat konfransında deyib:
“Bu onlara baha başa gələcək. Düşünürəm ki, Rusiyaya qarşı bu siyasəti davam etdirsələr, onların özləri də tualetə ehtiyac duyacaqlar”.
O, Avropa ölkələrinin Rusiyaya tualetlər, bidelər, lavabo və digər santexnika avadanlıqlarının ixracına qoyduğu məhdudiyyətlərin mümkün nəticələrini qeyd edib.
Musavat.com
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ