İnsanlara hürriyət, millətlərə istiqlal!

Solovyovun gizli prodüser-sevgilisi ortaya çıxıb— müharibə illərində qadının əmanətləri 10 dəfə artıb

Rusiya təbliğatçısı Vladimir Solovyovun şəxsi həyatı ilə bağlı yeni araşdırma ictimaiyyətdə rezonans doğurub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Solovyov illərdir evli olmasına baxmayaraq, gizli münasibət saxladığı basketbolçu Svetlana Abrosimovanı özünün televiziya layihələrinin istehsalçısı olan “M-Production” şirkətində işə düzəldib.

Gizli əməkdaşlıq və gəlir artımı

Araşdırmaya görə, Abrosimova ən geci 2022-ci ildən etibarən “M-Production” şirkətində çalışır. Həmin şirkət “Vladimir Solovyovla axşam” (Вечер с Владимиром Соловьёвым) və “Solovyov Live” adlı verilişləri istehsal edir. Federal Vergi Xidməti məlumatlarının sızmasından görünür ki, Abrosimovanın aylıq maaşı 50–100 min rubl arasındadır. Onun adı şirkətin rəsmi saytında qeyd olunmayıb.

Lakin Abrosimovanın başqa iş yeri yoxdur. Buna baxmayaraq, onun bank hesabındakı depozit son üç ildə 8 milyon rubldan 86 milyona yüksəlib. Beləliklə, onun əmanətləri təxminən 1 milyon dollara çatıb.

Birlikdə səyahətlər və ailə həyatı

Rusiya FTX sərhəd xidməti bazasından sızmış məlumatlara əsasən, Solovyov və Abrosimova birlikdə NATO ölkələrinə səyahət ediblər. 2021-ci il 3 noyabrda onlar Romaya, həmin ilin 9 iyulunda isə Salonikə uçublar. Bundan başqa, onlar tez-tez Moskva ilə Sankt-Peterburq arasında qatarla birgə səfər edirlər.

FBK-nın (Korrupsiyayla Mübarizə Fondu) məlumatına görə, Solovyovun və Abrosimovanın iki qızı var. Uşaqlar 2017-ci ildə ABŞ-da doğulub və ABŞ vətəndaşlığına malikdirlər. Solovyovun ümumilikdə fərqli evliliklərdən azı səkkiz övladı olduğu bildirilir.

Rəsmi ailədən uzaq həyat

Solovyov 2001-ci ildən tanınmış satirik Viktor Koklyuşkinin qızı Elqa Sepp ilə rəsmi nikahdadır. Lakin yaxınlarının sözlərinə görə, onlar artıq uzun illərdir birlikdə yaşamırlar. 2018–2024-cü illərə aid telefon bilinq analizində Solovyovun həyat yoldaşı ilə bir dənə belə telefon danışığı qeydə alınmayıb. Əvəzində o, Abrosimova, övladları və iş yoldaşları ilə müntəzəm əlaqə saxlayır.

Gəlirlər və dövlət sifarişləri

Araşdırma Solovyovun aylıq 1,2 milyon rubl gəlir əldə etdiyini, əsasən VGTRK və “Rossiya-1” kanallarında yayımlanan verilişlərdən qazandığını göstərir. Bundan əlavə, onun “Solovyov Live” kanalı da dövlət sifarişləri və TVC üçün çəkilişlər hesabına gəlir əldə edir.

Araşdırma müəllifləri qeyd edirlər ki, Solovyov özünü “ailə dəyərlərinin müdafiəçisi” kimi təqdim etsə də, faktlar onun şəxsi həyatının bu imiclə ziddiyyət təşkil etdiyini göstərir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR