Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Xarkov şəhərinə endirdiyi dron zərbəsi nəticəsində bir uşaq bağçası dağıntılara məruz qalıb.
Musavat.com xəbər verir ki, hadisə zamanı bağçada 48 uşaq olub. Xoşbəxtlikdən, müəllimlər hava həyəcanı siqnalını vaxtında eşidərək uşaqları sığınacağa aparıblar.
Musavat.com xəbər verir ki, Ukrayna polisi hadisə yerinə ilk çatan anları bədən kameralarından çəkilmiş video görüntülərlə ictimaiyyətə təqdim edib. Kadrlarda polis əməkdaşlarının zərbədən dərhal sonra uşaqları və müəllimləri təhlükəsiz əraziyə çıxarması əks olunub.
Musavat.com
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ