Onlayn ictimai-siyasi qəzet
Artıq milli çempionatlarda yeni mövsümlərə start verilib.
Komandalar yay fasiləsində heyətlərində islahatlar aparıb, yeni futbolçularla gücləniblər.
"Transfermarkt" da futbolçuların qiymlətləndirməsini yeniləyib, bəzilərinin dəyəri artıb, bəzilərində isə azalıb.
Misli Premyer Liqsının ən bahalı futbolçusu "Qarabağ"ın üzvü Juninyodur. Onun transfer dəyəri 2 milyon avro hesablanıb.
İkinci pillədə başqa bir "Qarabağ"lı - yeni transfer Aleksey Kaşuk qərarlaşıb. Ukraynalı oyunçuya 1,8 milyon avro qiymət qoyulub.
Ümumilikdə çempionatımızın 30 ən dəyərli oyunçusu siyahısında "Qarabağ"dan 11, "Neftçi"dən 6, "Sabah" və "Zirə"dən 3, "Sumqayıt"dan 2 futbolçu yer alıb.
Juninyo (Qarabağ) - 2 milyon avro
Aleksey Kaşuk (Qarabağ) - 1,8 milyon avro
Mateuş Koxalski (Qarabağ) - 1,5 milyon avro
Leandro Andrade (Qarabağ) - 1,5 milyon avro
Yassin Benzia (Qarabağ) - 1,2 milyon avro
Nəriman Axundzadə (Qarabağ) - 1,2 milyon avro
Yuri Matias (Neftçi) - 1,2 milyon avro
Toral Bayramov (Qarabağ) - 1 milyon avro
Emmanuel Addai (Qarabağ) - 1 milyon avro
Ramil Şeydayev (Neftçi) - 1 milyon avro
Pavol Safranko (Sabah) - 1 milyon avro
Şahrudin Magomedaliyev (Qarabağ) - 900 min avro
Emin Mahmudov (Neftçi) - 900 min avro
Qismət Alıyev (Zirə) - 900 min avro
Ayron Qomis (Zirə) - 900 min avro
Aleksey İsayev (Qarabağ) - 850 min avro
Brayan Moreno (Neftçi) - 850 min avro
İvan Lepiniça (Sabah) - 850 min avro
Rza Cəfərov (Neftçi) - 800 min avro
Andre Şinyaşiki (Neftçi) - 800 min avro
Rəhim Sadıqov (Sumqayıt) - 800 min avro
Elvin Cəfərquliyev (Qarabağ) - 750 min avro
Yusif İmanov (Sabah) - 750 min avro
Ruan Renato (Zirə) - 750 min avro
Səbuhi Abdullazada (Sumqayıt) - 750 min avro
(Sportinfo.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ