İnsanlara hürriyət, millətlərə istiqlal!

49 il əvvəl Xankəndidə nələr yaşanmışdı? - Barmağını Balayana tərəf tuşlayıb...

Tovuzun "Turan" klubunun sabiq icraçı direktoru və AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Yaşar Sultanov maraqlı paylaşım edib.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, tanınmış funskioner 49 il əvvəl Xankəndidə keçirdikləri oyun barədə paylaşım edib. O, məktəblilər arasında keçirilən turnirin final matçında yaşanları, üzləşdiyi çətinlikləri xatırlayıb.

"1974-cü ilin payız ayları idi. Xankəndidə, ötən gün oyun keçirilən stadionda respublika məktəbliləri spartakiadasının zona turniri keçirilirdi. Finala biz-Tovuz və “Stepanakert” komandaları çıxmışdı. Bu oyun respublikada, o cümlədən DQMV-da çox böyük ajiotaj doğurmuşdu.

Bizi həmin yarışda Tovuzun idman korifeyləri Razin Bayramov, Möhsüm Cabbaroviç və Vilayət müəllim müşayət edirdilər. Oyundan bir gün əvvəl “Stepanakert” nümayəndələri bizə yaxınlaşıb şəhərə çıxmamağı məsləhət gördülər. Belə ki, əhali çox aqressiv əhvaldadır, qələbə əzmindədir, ona görə də xoşagəlməz hadisələr baş verə bilər. Biz isə heç nəyin fərqinə varmadan, əyri baxışlar və ucuz replikalara fikir vermədən axşam gəzintisinə çıxdıq. Oyunöncəsi yaxşı istirahət elədik. Yerli publika və rəhbərlik tərəfindən yarış təşkilatçııarına çox ağır təzyiqlər göstərirdilər. Bakıdan gələn hakimə məcburən iki yan xətt hakimi təyin etdirdilər-biri “Mardakert”dən, digəri “Martuni”dən.

Stadion ağzına kimi dolmuşdu. Biz çox güclü idik, qələbəmizə şübhəmiz yox idi. Baxmayaraq ki, onlar çoxlu "lipa" gətirmişdilər. Yan xətt hakimləri isə yalnız birtərəfli işləyirdilər. Bakıdan oyuna nəzarət üçün respublika dərəcəli hakim göndərmişdilər, Balayan soyadında.

Oyun son dərəcədə gərgin və aqressiv başladı. Yalnız ayağa oynayırdılar. Aralarında xüsusilə seçiləni məşhur cani və qatil Vitali Balasanyan idi. Oyun bizim məşqçilər tərəfindən bir neçə dəfə dayandırıldı. Komandanın meydanı tərk edəcəyi bildirildi. Möhsüm müəllim əsəblərinə sahib ola bilmirdi, səs-küyü stadionla bir idi. Epizodların birində Aşıq oğlu Cümşüdü (vəfat edib) çox möhkəm vurdular. Bu zaman Möhsüm müəllim sərt şəkildə ayağa qalxıb təşkilatçıların tribunasına tərəf gələrək, barmağını Balayana tərəf tuşlayıb: "е….ваше мать, это футбол или гладиаторская битва?… куда же вы смотри, подонки" deyib oyunun növbəti dəfə dayandırılmasını tələb etdi.

Oyun bir müddət dayandı, sonradan Razin müəllimin və Vilayət müəllimin təkidi ilə Möhsün müəllim öz yerinə qayıtdı, oyun davam etdi. Matçın sonlarına yaxın Rüfət Rzayevin 30 metrdən vurduğu möhtəşəm qol bütün stadiona su səpdi… Həmin axsam “Stepanakert”ə traur çökmüşdü. Bizə axşam yemək də vermədilər, gəlib Ağdamda yedik. Amma gözümüzə yeməkmi görünürdü. Biz həmin gün qəhrəman idik Xankəndi stadionuna xoş gəlmisiniz! Uğurlar, milli futbol!"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR