İnsanlara hürriyət, millətlərə istiqlal!

42 deputat imza topladı: səbəb SEÇKİLƏR? Tural Abbaslı ilə "Canlı Debat" - VİDEO

42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyası çağırılacaq. Bununla bağlı deputatlar arasında imza toplanılmasına başlanılıb. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır.

Parlamentin sədri 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır, mayın 31-dək davam edir.
Azərbaycanda bir qrup deputatın rəsmi elektron poçt ünvanına şantaj xarakterli mesajlar göndərilib.

Gununsesi.info-nun xəbərinə görə, özünü Bred Hawk kimi təqdim edən şəxs [email protected] ünvanından bir qrup deputatın elektron ünvanına yazdığı mesajda onların intim görüntülərinin əlində olduğunu və 10 min ABŞ dolları verməyəcəkləri təqdirdə bu görüntülərin xarici teleqram kanallarında yayılacağını yazıb.

Bildirilir ki, araşdırmalar zamanı bu mesajın arxasında kibercinayət niyyəti ortaya çıxıb.

Belə ki, mesajda məqsəd deputatları təəccübə salmaq və “erotik videolarının əks olunduğu” linki onlara göndərdikdən sonra mobil bank tətbiqlərini ələ keçirməkdir.

Deputatlardan kimlərin bu tələyə düşüb-düşməməsi bəlli deyil.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edirik. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR