4 yaşlı Əlinin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Ülkər Abdullayeva məlumat verib.
O bildirib ki, Əli baş-beyin inkişafı qüsuru ilə doğulub.
“Əli 2019-cu ildə dünyaya gəlib, ikinci övladımdır. Hamiləlik dövründə hər şey qaydasında olsa da, doğulandan sonra baş-beyinin inkişafdan qaldığını öyrəndik. Əli doğulan ilk gündən müalicələr edilib, amma bu problem düzəlməyib. Son dövrlərdə isə başına su yığılır. Həkimlər Əlini gələn həftə əməliyyat olunması üçün gün təyin edib”.
Ülkər Abdullayeva qeyd edib ki, əməliyyat üçün 8000 manata ehtiyac var:
“Əməliyyat İranda olmalıdır. Bunun üçün 8000 manata ehtiyacımız var. Həmin məbləğin 5 000 manatını toplaya bilsək də, 3000 manatını tapmağa imkanımız yoxdur. Yardımsevər şəxslərdən xahiş edirəm ki, bizə dəstək olsunlar”.
Ailə ilə əlaqə: (055) 894-49-75
ŞƏRHLƏRŞƏRH YAZ