İnsanlara hürriyət, millətlərə istiqlal!

4 uşağını öldürdüyü iddiası ilə həbs olunan qadının 20 il sonra günahsız olduğu MƏLUM OLDU

Ölkənin "ən pis qadın serial qatili" ləqəbli Kathleen Folbigg 2003-cü ildə 4 uşağını qətlə yetirdiyinə görə 25 il həbs cəzasına məhkum edilmişdi. 

Musavat.com xəbər verir ki, 20 ildən sonra qadının günahsız olduğu müəyyən edilib.

20 ildən sonra açılan yeni istintaq mövcud dəlilləri ləğv edib, istintaqın prokurorları araşdırmalar nəticəsində uşaqların təbii yolla öldüyünə dair sübutların olduğunu bildiriblər.

Folbiqin məhkumluğu ləğv olunarsa, bu iş ölkənin ən böyük ədalət səhvlərindən biri olacaq.

Təqaüddə olan hakim Tom Baturstun sədrlik etdiyi istintaqın prokurorları gen mutasiyaları ilə bağlı aparılan araşdırmalar nəticəsində uşaqların təbii yolla öldüyünə dair sübutların olduğunu bildiriblər.

Qadının sərbəst buraxılsa, onun hökuməti məhkəməyə verərək milyonlarla dollar təzminat tələb edəcəyi gözlənilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR