İnsanlara hürriyət, millətlərə istiqlal!

303 min qaçaq siqareti üzüm adıyla Rusiyaya keçirmək istədilər

Ermənistan gömrük xidmətinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə Rusiyaya keçirilməsinin qarşısını alıblar.

AzVision.az xəbər verir ki, bu barədə Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

Bildirilir ki, “Baqrataşen” gömrük məntəqəsində yük avtomobilinə baxış zamanı üzüm kimi qeydiyyata alınmış və qadağan olunmuş malların daşınması üçün xüsusi qaydada hazırlanan yeşiklər aşkar edilib.

"Faktiki olaraq yükün böyük hissəsinin ümumilikdə 303 min 460 qutu qaçaq siqaretdən ibarət olduğu üzə çıxıb. Onların üzərində saxta aksiz markaları da aşkar edilib. Siqaretlərin bir qismi isə aksiz markasız olub. Komitənin əməliyyat-axtarış şöbəsində əlavə araşdırmaların aparılması üçün materiallar hazırlanır", - məlumatda deyilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR