İnsanlara hürriyət, millətlərə istiqlal!

2022-ci ildə ABŞ silah satışını 50% artırıb - Qlobal güc rəqabəti yenidən geri qayıdıb

ABŞ-ın silah satışı 2022-ci ildə təxminən 50% artıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Kanal öz məlumatlarını Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyinin (DSCA) mənbələrinə əsaslandırıb.

2022-ci maliyyə ilində ABŞ-da təxminən 52 milyard dollar dəyərində silah satılıb. Qeyd edək ki, 2021-ci ildə ABŞ-ın silah sənayesi təxminən 35 milyard dollar gəlir əldə etmişdi.

“Bütün bunlar böyük dövlətlərin qlobal güc rəqabətinə yenidən geri qayıtdığını göstəribr Müttəfiqlərimiz Ukraynada nə baş verdiyini çox gözəl görürlər",-deyə DSCA direktoru Ceyms Hurş qeyd edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR