İnsanlara hürriyət, millətlərə istiqlal!

2021-ci ildə işsizliyin səviyyəsi qadınlar arasında 58%, kişilər arasında 42% olub

“Gender bərbərliyinin təmin olunmaması dolayısı ilə investisiya və əhalinin artımına da təsir edir ki, bu da iqdisadi multiplikatorların artımına mane olur. Dünya ekosisteminin vacib komponenti olan Azərbaycan əmək bazarında gender balansının qorunması üçün müxtəlif tədbirlər görülsə də əmək hüquqlarının həyata keçirilməsində paritetlə bağlı problemlər qalmaqdadır”.

Musavat.com-un məlumatına görə, bu fikirləri Milli Məclisdəki çıxışında söyləyib. B.Muradova bildirib ki, 2021-ci ildə ölkə üzrə iqtisadi fəal və məşğul əhalinin tərkibində kişilərin sayı qadınların sayına nisbətən çox olub: “İşsizliyin səviyyəsi qadınlar arasında 58%, kişilər arasında 42% olub. 2021-ci il üzrə kişilərlə qadınların orta aylıq əmək haqqları arasındakı fərq azalıb və paritetə doğru yüksələn dinamika üzrə irəliləyir”.

Komitə sədri qeyd etdi ki, iqtisadi fəallığın digər vacib indikatoru sahibkarlıqdır: “Hesabat dövrü üçün dövlət reyestrində qeydiyyatda olan fərdi sahibkarın 22% qadın, 78% isə kişidir. Müxtəlif fəaliyyət növləri üzrə sahibkarların gender bölgüsündən məlum olur ki, bütün fəaliyyət sahələrində kişilər üstünlük təşkil edir. İri seqmentdə isə qadnların ümumiyyətlə payı yoxdur. Lakin orta sahibkarlar arasında  qadınların artan say göstəricisi və dövlət dəstəyi gələcəkdə onların iri təsərrüfat subyektləri kimi formalaşacağına zəmin yaradır. Belə ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən qadın sahibkarlara verilən güzəştli kreditlərin məbləği 2020-ci ilə nisbətən iki dəfə artıb”. B.Muradovanın sözlərinə görə,

Dövlət Məşğulluq Agentliyi tərəfindən 2021-ci il ərzində ölkə üzrə özünüməşğulluq proqramına cəlb olunmuş 16,230 nəfərdən 4400-ü qadınlardır. Sosial inkluzivlik prinsipi də qorunmaqla, 446 sağlamlığı məhdud qadın işlə təmin olunub. O, qeyd etdi ki, hesabat ili ərzində kənd təsərrüfatının inkişafı məqsədilə aqrar sektorda çalışan 375 qadın sahibkara 4 milyon 310 min manat kredit ayrılıb və 3 mln. 205 min manat güzəşt edilib: “2021-2022-ci illərdə, ümumilikdə 56 mindən artıq qadın fermerə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödənilib. Bütün bunlara rəğmən sahibkarlıq subyektlləri arasında qadınların xüsusi çəkisinin az olması bu sahədə aparılan işlərin gücləndirilməsini şərtləndirir. Xüsusilə kənd yerlərində qadın məşğulluğunun daha perspektivli istiqamətlərinin müəyyənləşdirilməsi vacibdir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR