Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın "Jenis" klubunun istedadlı futbolçusu Raul Allahverdiyev Azərbaycan yığmasında oynamaq təklifi alıb.
Bu barədə 17 yaşlı vinger "Tengri Sport" nəşrinə açıqlamasında deyib:
"Məni Azərbaycan millisində görmək istəyirlər. Belə diqqətə görə məmnunam. Lakin mən Qazaxıstanın gənclər yığmasının üzvüyəm. 15 yaşımdan "Jenis" klubundayam. Bu klubu və Qazaxıstanı evim hesab edirəm. Çalışacağam ki, bu ölkənin yığmasına düşüm".
Qeyd edək ki, Allahverdiyev 15 yaşında "Jenis"in əsas komandasında debüt edib. O, Qazaxıstanın U-17 yığmasının üzvüdür.//Publika.az
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ