İnsanlara hürriyət, millətlərə istiqlal!

14 ildən sonra İLK DƏFƏ - İki ölkə arasında mühüm addım atıldı

Suriyanın xarici işlər naziri Feysəl Mikdad rəsmi səfər çərçivəsində 2009-cu ildən bəri ilk dəfə Misirə gedib.

Musavat.com xəbər verir ki, Mikdad Misirin xarici işlər naziri Sameh Şükrü ilə Xarici İşlər Nazirliyində görüşüb.

Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri Misirdən Dəməşqə Xarici İşlər Nazirliyi səviyyəsində ilk rəsmi səfər bu ilin fevralın 27-də edilib. Misirin xarici işlər naziri Sameh Şükrü Kahramanmaraş zəlzələsindən zərər çəkən Suriyaya səfər edib, suriyalı həmkarı Mikdad və Suriya prezidenti Bəşər Əsəd tərəfindən qəbul edilib.

Şükrü və Mikdad daha əvvəl 2021-ci ildə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında görüşmüşdülər.

642842194e3fe1176c0aa064.jpg (79 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR