İnsanlara hürriyət, millətlərə istiqlal!

11 ildən sonra MÜHÜM QƏRAR - Bəşər Əsəd geri döndü

Misirin paytaxtı Qahirədə toplaşan Ərəb Dövlətləri Liqası xarici işlər nazirləri 2011-ci ildən bəri vətəndaş müharibəsi səbəbindən kənarda qalan Suriyanın birliyə qayıtmasına icazə verib.

Musavat.com xəbər verir ki, Səudiyyə Ərəbistanı və Misirin tələbi ilə keçirilən iclasda yekdilliklə qərar qəbul edilib.

“Suriya Ərəb Respublikasının hökumət nümayəndə heyətləri Ərəb Dövlətləri Liqasının iclaslarında iştirak edə biləcək” - qərarda qeyd olunub.

Daha əvvəl Qətərin etiraz etdiyi, lakin Səudiyyə Ərəbistanının Körfəz ölkəsini razı salmağa çalışdığı bildirilib.

Qərar mayın 7-dən qüvvəyə minib.

22 üzvdən birliyin 18 üzvü 2011-ci ilin noyabrında dinc etirazları qanla yatırmaq cəhdinə görə Dəməşqin üzvlüyünü dayandırmışdı. O zaman Suriyadan başqa, İranın təsiri altında olan Livan və Yəmən Əsədin lehinə səs vermişdi. İraq bitərəf qalmışdı. Vətəndaş müharibəsi zamanı 500 mindən çox insan həlak olmuş, milyonlarla insan öz yurd-yuvasından didərgin düşmüşdü. Ölkənin şimal hissələri Əsədin nəzarətindən kənarda qalsa da, Dəməşq rejimi 12 illik vətəndaş müharibəsindən sonra böyük ölçüdə nəzarəti ələ keçirib. Lakin müxaliflərin və qaçqınların vəziyyəti, həmçinin şimaldakı torpaqlarla bağlı siyasi həll yolu tapılmayıb.

Suriya prezidenti Bəşər Əsəd sonuncu dəfə 2010-cu ildə Ərəb Dövlətləri Liqasının iclasında iştirak edib. İndi onun mayın 19-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək sammitdə iştirakı gözlənir. Ərəb ölkələri ilə yanaşı, Türkiyə də Suriya ilə normallaşma yolunda addımlar atır. Xarici işlər nazirlərinin müavinləri və müdafiə nazirləri səviyyəsində keçirilən görüşlərdən sonra mayın 10-da xarici işlər nazirlərinin danışıqların üçüncü hissəsi Moskvada baş tutacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR