Onlayn ictimai-siyasi qəzet
İvan Yuriç "Sauthempton"un baş məşqçisi postunu tərk edib.
Xorvatiyalı mütəxəssis 2024-cü ilin dekabrında komandaya rəhbərlik edib və 108 gün klubda çalışıb.
Mənbənin məlumatına görə, Simon Rask mövsümün sonuna kimi baş məşqçi postunu icra edəcək.
Aprelin 6-da "Sauthempton" Premyer Liqanın 31-ci turunda "Tottenhem"ə uduzaraq (1:3) Premyer Liqadakı yerini qorumaq şanslarını itirib. Komanda 10 xalla turnir cədvəlində sonuncu, 20-ci yerdədir.
Klub tarixdə hamıdan tez - mövsümün bitməsinə 7 tur qalmış Premyer Liqadan aşağı liqaya düşərək rekorda imza atıb.
Bundan əvvəlki rekorda çempionatın bitməsinə 6 tur qalmış Premyer Liqada qalmaq şanslarını itirən "Derbi" və "Haddersfild" komandaları olub. /Lent.az
08 Aprel 2025
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ