İnsanlara hürriyət, millətlərə istiqlal!

Yüngül ideoloqlar və ağır atletika…

Ermənistanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması bir nəfərin yaxud kiçik bir qrupun gədalığı kimi izah oluna bilməz.

Biz belə bir yəqinliyi yaradan önəmli amilləri sadalaya bilərik. Birincisi, bu, Ermənistan adlanan dövlətin paytaxtında və digər şəhərlərində Azərbaycan (eləcə də, Türkiyə) bayrağına qarşı ilk sayğısızlıq deyil: dəfələrlə belə hərəkətlər olub və Köçəryan, Sarkisyan dönəmində olduğu kimi, Paşinyan hakimiyyəti də bunun qarşısını almayıb. İkincisi, Azərbaycan Respublikası dəfələrlə beynəlxalq yarışlara, tədbirlərə evsahibliyi edib və bir dəfə də olsun, belə tədbirlırdə Ermənistanın bayrağı yandırılmayıb. Əslində, o illərdə bizim ərazilər Ermənistan və havadarlarının işğalı altında olduğu üçün, Xocalı Soyqırımına, digər insanlıq dramlarına məruz qaldığımız üçün hər hansı bir azərbaycanlı işğalçı dövlətin bayrağını yandırsaydı da, onu anlamaq olardı. Bu, ən azı affekt durumu ilə izah oluna bilərdi. Digər tərəfdən, Ermənistan qurama dövlətdir, tarixi Azərbaycan torpaqları üzərində qondarılıb, elan olunan gündən parazit ömrü yaşayır və müstəqil yaşama potensialına sahib deyil, - deməli, dövlət atributları da saxtadır, müvəqqətidir. Lakin bu və digər əsaslara baxmayaraq, biz, beynəlxalq tədbirlərdə Ermənistan bayrağını yandırmamışıq. Bu ərdəm Ermənistana, onun bekara, müvəqqəti bayrağına sayğıdan irəli gəlməyib, özümüzün özümüzə yaraşdırdıqlarımızdan, ləyaqətimizdən irəli gəlib. Beynəlxalq yarışa evsahibliyi edən ölkə beynəlxalq güvəni sarsıtmamalı, comərdlik nümayiş etdirməlidir. Bax, Ermənistan belə bir ərdəmə, ləyaqətə sahib olmadığını növbəti dəfə isbatlamış oldu.

Uzağa getməyək: ötən il beynəlxalq toplantıda iştirak üçün İrəvanda səfərdə olan Millət vəkilləri Soltan Məmmədovla Tahir Mirkişiliyə qarşı ayrı-seçkilik edən, restoranda digər qonaqlardan fərqli olaraq, onlara qulluğu təmin etməyən Ermənistan siyasi rəhbərliyinin zehniyyəti bu dəfə bayraq yandırmaq şəklində təzahür etdi.

Beləliklə, İrəvanda Azərbaycanın dövlət bayrağının yandırılması rəsmi İrəvanın ölkəmizə qarşı dövlət səviyyəsində yürütdüyü nifrət siyasətinin növbəti adıyaman nümunəsidir.

Bu, həm də etnik zəmində Ermənistanda Azərbaycan xalqına qarşı nifrətin hökm sürdüyünü bir daha, bir daha təsdiq edir. Humanist, sülsevər, dözümlü xalqa qarşı belə hərəkət bağışlanmazdır!
Avropa ağır atletika yarışındakı erməni yüngüllüyü Ermənistan adlanan ölkədə rasizmin, milli, dini ayrıseçkiliyin qatı bir şəkildə hökm sürdüyünü bir daha göstərdi.

Bu sətirlərin yazarı hadisəni eşidən kimi sosial mediada ilk paylaşımında vurğuladı ki, Avropa çempionatının rəsmi açılış mərasimində iştirakçı dövlətin bayrağının yandırılması o deməkdir ki, bu ölkə beynəlxalq tədbirləri qəbul etməyə, keçirməyə layiq və qadir deyil.

Bəli, Avropa və ümumən dünyanın idman təşkilatları Ermənistanda dövlət səviyyəsində yürüdülən rasizm, nifrət siyasətini sərt şəkildə qınamalı, Ermənistanda hər hansı beynəlxalq tədbirin keçirilməsinə qadağa tətbiq etməlidir. Və o qadağa yerinə yetirilməlidir!

BMT Təhlükəsizlik Şurasının məlum 4 Qətnaməsi üçonillik boyu icra olunmadı və enində-sonunda o 4 qoşalaşdı da 44 oldu - 44 günlük müharibədə Azərbaycan özü ədaləti bərpa etdi. Yəni indi də İrəvanadək irəliləyib o bayraqyandıranların topunu təsirsiz hala gətirmək qüdrəti olan bir dövlətə qarşı həssas davranmaq lazımdır! Bu, bir vətəndaşın, bir yazarın xəbərdarlığı deyil, gerçək gücün sadə dillə ifadəsidir. Rəsmi İrəvan çaşmamalıdır!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

16 Sentyabr 2024

31 Avqust 2024

26 Avqust 2024

25 Avqust 2024

20 Avqust 2024

16 Avqust 2024

08 Avqust 2024

02 Avqust 2024

30 Iyul 2024

28 Iyul 2024

21 Iyul 2024

18 Iyul 2024

13 Iyul 2024

12 Iyul 2024

08 Iyul 2024

05 Iyul 2024

26 Iyun 2024

21 Iyun 2024

15 Iyun 2024

11 Iyun 2024

10 Iyun 2024

05 Iyun 2024

30 May 2024

22 May 2024

18 May 2024

10 May 2024

08 May 2024

05 May 2024

25 Aprel 2024

23 Aprel 2024