İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı, Xocalım, Xocalımız…

Xocalı Soyqırımının baş verdiyi o dəhşətli gecədən 31 il keçir. 31 il insanlığın böyük tarixi qarşısında çox kiçik bir dönəmdir. Lakin bizimçün 31 il 31 ildən çoxdur, 31 ildən dərindir və AĞIRDIR!..

Son 3 il istisna olmaqla Xocalı soyqırımının öncəki ildönümlərini daha ağır keçirmişik. Bəs necə, nəyə inanaraq dözmüşük? Biz kinli deyilik, nifrət dağarcığı heç deyilik. Bizi intiqam və inam diri saxladı! İntiqam halal haqqımızdı, inam xəlqi əsalətimizdən irəli gəlirdi. Bilirsiz, uzağa getməyək, 2020-ci ilin 44 günlük müharibəsi göstərdi ki, biz ləyaqətli müharibə aparırıq – müharibədə qızıl ləyaqət göstəririk! Qarşımızdakı tayfafason yaratıqlar isə dünya haylarının murdar əməllərindən, hərbi-siyasi cəhətdən güclü dünya dövlətlərinin ikili standartlarından yararlanaraq, müharibədə də, diplomatik danışıqlarda da ləyaqətsiz, etibarsız davranıblar.

Nəhayət, vaxt gəlib, vədə yetişib və heç bir hay, hayları maşa kimi qullanan heç bir “haysevər” bizə nəyisə diqtə edə bilmir, qəbullandıra bilmir. Artıq hər kəs anlayır ki, vaxt uzatmaq, danışıqları pozmaq anlamsızdır, haylarçün heç bir perspektiv vəd etmir. Bunu anlamaq gərək heç kəs üçün çətin olmasın ki, ağır işğal illərində bizə öz yaramaz şərtlərini diqtə edə bilməyənlər, tarixi Zəfərdən sonra bunu zatən edə bilməzlər! Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu şanlı Ordu barmağı tətikdə və düşmənin başının üstündədir! Bir ufacıq yanlışlıq belə bağışlanmayacaq! Dəmir Yumruq həm Zəfərin, hərbi qüdrətin, həm də ümumxalq birliyinin ifadəsi, təntənəsidir!

Biz Xocalıya indi daha yaxınıq, əlbəttə! Əlbəttə, Xocalıda qanunsuz məskunlaşmış yadellilər hər keçən gün daha dərindən idrak edir ki, bizim torpaqlardan onlara yurd olan deyil. Kim adam balası kimi Azərbaycanın şəxsiyyət vəsiqəsinin şərəfini anlayacaqsa, dövlətimizin uyğun bildiyi ünvanda yaşayacaq; kim müharibə cinayətlərində iştirak edibsə, cəzasını alacaq. Burada Azərbaycan Respublikasının humanizm prinsiplərinə ümid etməkçün öz günahlarını bir an öncə etiraf etmək, Müstəqil Azərbaycan Dövlətinin ədalətinə sığınmaq ən doğru yol olacaq. Arayik-marayiklə, Vardanyan-yoxdanyanla zadla iş yürüməz. Tək bir yol vardır: Torpağın əsl sahiblərinə güvənmək, sığınmaq və bağışlanmaq diləmək. – Bu, bizim torpaqlardan rədd olub gedəcəklərə də aiddir. Çünki sabah-birisi gün Azərbaycan Respublikası ərazisinə giriş yaparkən elektron tablolarda axtarışda, cinayət məsuliyyətində olduğu anındaca görünəcəkdir.

Xocalı xocasız dünyanın ümumi dərdidir. Bunu Xocalı Soyqırımının 16 dövlət tərəfindən soyqırımı kimi tanınmasına dair qətnamənin qəbulu da sübut edir. Meksika, Pakistan, Kolumbiya, Çexiya, Rumıniya, Sudan, Honduras, Bosniya və Herseqovina, Sloveniya, Peru, İordaniya, Cibuti, Şotlandiya, Panama, Qvatemala, Latviya, həmçinin ABŞ-ın 24 ştatı Xocalı Soyqırımını tanıyıb.

Qardaş Türkiyənin bir neçə bələdiyyəsinin ərazisində Xocalı Soyqırımı qurbanlarının, şəhidlərimizin xatirə abidəsi ucaldılıb, habelə Qarabağ parkları açılıb. Əlbəttə, ortaq türk qurumlarının, türk ölkə və topluluqlarının taleyüklü məqamlarda bizim dərdimizi bölüşüb azaltdığını, sevincimizi bölüşüb çoxaltdığını bilirik. 44 günlük müharibədən sonra isə yeni gerçəkliklər yaranıb və bu gerçəkliklər Orta Asiyadakı qardaşlarımızı daha da ürəkləndirib, böyük gələcəyə inandırıb. O böyük gələcək Zəngəzur dəhlizindən keçəcək, Xocalıda dalğalanacaq üçrəngli müqəddəs Azərbaycan bayrağından ilham alacaq!

Xocalının Azərbaycan bayrağı altına keçməsi üçün vacib olan ən önəmli mərhələni keçmişik, ikinci mərhələ an məsələsidir, Xocalı ilə bağlı üçüncü mərhələ olmayacaq və hər şey bizim öz qərarımıza bağlıdır. Dövlət baba nəyi, nə vaxt, harda və necə etmək gərək olduğunu çox yaxşı bilir. Bir daha görəcək, bir daha qürurlanacağıq!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

16 Sentyabr 2024

31 Avqust 2024

26 Avqust 2024

25 Avqust 2024

20 Avqust 2024

16 Avqust 2024

08 Avqust 2024

02 Avqust 2024

30 Iyul 2024

28 Iyul 2024

21 Iyul 2024

18 Iyul 2024

13 Iyul 2024

12 Iyul 2024

08 Iyul 2024

05 Iyul 2024

26 Iyun 2024

21 Iyun 2024

15 Iyun 2024

11 Iyun 2024

10 Iyun 2024

05 Iyun 2024

30 May 2024

22 May 2024

18 May 2024

10 May 2024

08 May 2024

05 May 2024

25 Aprel 2024

23 Aprel 2024