Onlayn ictimai-siyasi qəzet
Ötən ilin son ayında bizim ekofəallar (sonradan aylarla sürən və gerçək sonuclara varan) aksiyaya başladı. - Ünvan: Xankəndi-Laçın yolunun Şuşa səmti; mövzu: Qarabağ iqtisadi rayonu ərazisindəki təbii sərvətlərin ermənilərcə qanunsuz istismarına etiraz.
Bu ilsə yay fəslinin son ayında Ağdam-Xankəndi yolunda başqa tür bir aksiya başlamış oldu; “aksiya” deyimi burada bəlkə bir o qədər yerində və uğurlu çıxmır amma çadırlar qurulub, məqsədyönlü gözləmə modu alınıbsa, bu elə bir növ aksiyadır. Məzmun: Xankəndi və çevrəsindəki erməniəsilli sakinlərin un və unməhsullarına tələbatını qarşılamaqdır. Gəl gör, guya un, çörək qıtlığı yaşayan erməniəsillilər artıq 7 gündür iki böyük yük maşınına yüklənmiş 40 ton unun Xankəndinə daxil olmasına imkan vermir, yolu bağlayır, hoqqa çıxarır. Adama deyərlər, “acıq” dediyin, talon-malon tətbiq etdiyin nə, 40 ton unu yolda gözlətdiyin nə?.. Deməli, sizin adın yanındakı “əsilli” sözü əsilsizliyini göstərir; deməli, yalandan hay-küy salırsız; deməli, sizə çörək yox, “görək (nə olur, necə olur?)” deyibən anti-Azərbaycan mərkəzlərini hərəkətə keçirmək lazımdır.
Ancaq Azərbaycanda az qala 7-dən 70-ə hər kəs erməni xislətini bilir, keçmiş, mövcud və gözlənən erməni zəhərinə qarşı zərdablar vardır.
Bizdə erməni hoqqalarına qarşı təcrübə, çevik qərarqəbuletmə və proqnozlaşdırma keyfiyyəti bir tarixi proses kimi inkişaf edib, müəyyənləşib, sabitləşib.
Biz “Qızıl Aypara” xətti ilə ermənilərə un göndəririk, ermənilərsə, “Qızıl xaç”ı qaçaqmalçılığa, qanunsuzluqlara ortaq edir…
Hələ bir təsəvvür edin:
ermənilər yüzminlərlə azərbaycanlını öz dədə-baba torpağından ac-yalavac, (bir ayağı yalın və) ayağı altında mina, başı üstündə güllə… qovarkən, biz onlara un aparırıq ki, birdən ac qalarsız… Yalansa, onları ac ilan vursun - elə də aclıqmı olar? - restoranlar, şadlıq evləri, istirahət mərkəzləri oralarda gecə-gündüz öz qaynarlığındadır. Şair demiş, “Kimi aldadırsan, a zalımoğlu”?..
Başqa bir məqam:
Gizlin deyil ki, Xankəndi və çevrəsində təqribən 11 min qanunsuz silahlı qüvvə var; o qanunsuz silahlılar 10 noyabr 2020-ci il Üçtətəfli Bəyanatı gərəyincə (haqq-hüquq gərəyincə!) oralardan çoxdan çıxarılmalıydı! Nooldu, çıxarıldımı? Yox! Bəs yaxşı, o, 11 min civarı havayıyeyən yaramaz cəhənnəm olsaydı, bu, (həm də) çörək yeyən 11 min ağzın oralarda azalması demək olmazdımı? Yaxud biz öz əlimizlə, bizə güllə atan, yol-izimizə mina basdıran, suyumuza zəhər qarışdıran 11 min civarı vandal erməniyədəmi çörək uzadırıq? Bax, bu təzad bir daha sübut edir ki, qanunsuz silahlılar çox gec də olsa, çox tez ərazimizi tərk etməlidir! Qalib Azərbaycan dövlətinin Xankəndi, Xocalı, Əsgəran, Ağdərədə… görən gözü vardır, əlbət! Dövlət baba tədbirlidir, hesab-kitablıdır. Ekofəalların aksiyası necə parlaq sonuca vardısa, unaparanlarımızın qurduğu çadırlarda keçən günlər də bihudə getməyəcəkdir. İlla bir sonuca varacağıq.
Xan öz kəndinə ilələlbət qayıdacaqdır!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
18 Noyabr 2024
12 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
28 Oktyabr 2024
25 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
15 Oktyabr 2024
09 Oktyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
20 Sentyabr 2024
16 Sentyabr 2024
31 Avqust 2024
26 Avqust 2024
25 Avqust 2024
20 Avqust 2024
16 Avqust 2024
08 Avqust 2024
02 Avqust 2024
30 Iyul 2024
28 Iyul 2024
21 Iyul 2024
18 Iyul 2024
13 Iyul 2024
12 Iyul 2024
08 Iyul 2024
05 Iyul 2024
26 Iyun 2024
ŞƏRHLƏRŞƏRH YAZ