İnsanlara hürriyət, millətlərə istiqlal!

“U” gedişimi etdiniz?

İran İslam Respublikasının Ali Rəhbərininin müşaviri Əli Əkbər Vilayəti Qafqazdakı hadisələr, İran və Azərbaycan Respublikası əlaqələri ilə bağlı Açıqlama verib. Xub! Amma… “Əgər bir gün Azərbaycan Respublikası xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycan Respublikasının yanında olacaq” deyən müşavir, (arxalı köpək) Ermənistanın uzun illər davam edən hücumlarını, işğallarını hesaba almamışmı, əcaba? Yoxsa, Ermənistan İrançün xarici dövlət deyilmi?

“İranın qüdrəti dostlarımıza deyil, İran və Azərbaycanın və həmçinin digər qonşularımızın düşmənlərinə qarşıdır” deyən Əli Əkbər Vilayəti bu qarmaşıq - altından çirkli su axan cümləsini necə arıldıb-durulda bilər, görəsən?

Ermənistan Azərbaycanı özünə düşmən bilir, Azərbaycanla əsassız və perspektivsiz düşmənçilik edir; biz isə (Atatürkün sözləri ilə desək) insanlığın düşməni olanların düşməniyik.

Müşavir “Azərbaycan xalqı bizim gözümüzün nurudur” deyir. Soruşsn gərək: göz nuru ilə uzun illərə dayalı hüsumətiniz nəydi o zaman? Bəyəm, göz nurunun ərazisindən narkotranzitçün istifadə edərlər? Göz nurunun yeniyetmə və gənclərinin fiziki, mənəvi-ruhi sağlamlığına qəsd etməyə çalışarlarmı, bəyəm?!.

Başqa bir önəmli məqam:
axı, arapozanlıq eləyən, hərza-hədyan danışan, hədə-qorxu gələn elə sizin öz hakimiyyətinizdə təmsil olunan yüksək çinli din və hərbi xadimlər deyilmi? - Bizimlə “İyi polis, kötü polis” oynayırsız, öz ağlınızca?

Bəlkə indi ayılmısız?
Yox, yox, sadəcə bir səbəb var: gördünüz Azərbaycan Respublikası qüdrət-qüvvət, hörmət-izzət sahibidir, geri verdiniz.

Gördünüz öz içinizdə, öz əhaliniz qarşısında aqrumentsiz qalmısız, ortabab izaha belə söz tapmırsız (bıçaq kəmiyə dirənib), “müşavir atəş üstə su səpsin” dediz, eləmi?Gördüz ki, Azərbaycan Respublikası ərazisindəki təsir agentləriniz dəxi dini-siyasi iflic durumdadır, düşünməyə dərinləməsinə ehtiyac duyduz…

Gördüz hərbi təlimləriniz, “Arazkeçmə” hoqqalarınız əks-effekt verdi, tam tərsinə, Azərbaycan Respublikası öncələr atmadığı addımları atmağa vadar oldu, “U” gedişimi etdiniz?..
Olay bu qədər aydındır…
Şair demiş, “Kimi aldadırsan, a zalımoğlu”?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

16 Sentyabr 2024

31 Avqust 2024

26 Avqust 2024

25 Avqust 2024

20 Avqust 2024

16 Avqust 2024

08 Avqust 2024

02 Avqust 2024

30 Iyul 2024

28 Iyul 2024

21 Iyul 2024

18 Iyul 2024

13 Iyul 2024

12 Iyul 2024

08 Iyul 2024

05 Iyul 2024

26 Iyun 2024

21 Iyun 2024

15 Iyun 2024

11 Iyun 2024

10 Iyun 2024

05 Iyun 2024

30 May 2024

22 May 2024

18 May 2024

10 May 2024

08 May 2024

05 May 2024

25 Aprel 2024

23 Aprel 2024