Onlayn ictimai-siyasi qəzet
İran və İsrail arasında 12 gün davam edən bombardmanlardan sonra atəşkəs elan olundu. Atəşkəs ABŞ və Qətərin vasitəçilik danışıqları nəticəsində əldə olundu.
Xatırladaq ki, İran-İsrail eskalasiyası İsrailin iyunun 13-də İran ərazisini bombalaması ilə başlayıb və İranın cavab olaraq İsrail ərazisini raket atəşinə tutması ilə davam edib.
Hərbi əməliyyatlar ancaq havadan və raket bombardmanları, qismən İsrail kəşfiyyatının İran ərazisindəki diversiya əməliyyatları ilə məhdudlaşdı. Bu da müasir müharibənin bir forması kimi tarixə düşdü.
Ancaq bombardmanlar yalnız İsrail və İran arasında olmadı. Bazar günü ABŞ ordusu əməliyyata qoşuldu – B-2 bombardmançıları və Hind okeanındakı gəmilərdən atılan “Tomahavk” raketləri ilə İranın 3 nüvə obyektini bombaladı. Buna cavab olaraq dünən İran ABŞ-ın Qətər ərazisində yerləşən regiondakı ən böyük hərbi-hava bazası olan əl-Udeydi bombaladı. Başqa sözlə, İran-İsrail qarşıdurmasına ABŞ və Qətər də qarışdı.
Savaş bitib və indi hər iki tərəf və ya dəstəçiləri özünü qalib elan edir. İsrail İranın nüvə obyektlərini, hava və raketdən müdafiə sistemlərini, raket buraxılış qurğularını, bir neçə generalını məhv edərək İrana sarsıdıcı zərbə vurduğunu iddia edir.
Tehran isə İsrailin hava hücumundan müdafiə sistemlərini dələrək hərbi, hərbi-sənaye və enerji infrastrukturuna ağır zərbə vurduğunu bildirir.
Bu iddiaların hər ikisi tam və ya müəyyən qədər doğrudur. İsrail İran ərazisindəki hərbi və nüvə obyektlərini davamlı olaraq bombaladı, İran üzərində ən azı bir neçə gün hava üstünlüyü yaratdı və ölkənin müxtəlif nöqtələrini bombalaya bildi.
İran isə ABŞ, Böyük Britaniya və İordaniya kimi ölkələrin HHM dəstəyinə rəğmən, İsrailin ən müasir havadan və raketdən müdafiə sistemlərini dələrək İsrail ərazisini vurmağı bacardı. Bu, İsrail üçün ciddi xəbərdarlıq idi. Və bir daha aydın oldu ki, ABŞ-ın hərbi dəstəyi olmasa, İsrail Yaxın Şərqdə uzun müddət tab gətirə bilməz.
Üstəlik məlum oldu ki, əslində həm ABŞ, həm də İsraildə İranla bağlı əsas hədəf bu ölkədə rejim dəyişikliyidir. İsrail və müttəfiqləri anladı ki, İrana qarşı mübarizədə yeganə vasitə hakimiyyət dəyişikliyi ola bilər. Əks halda, İranı dəyişmək mümkün olmayacaq.
Tehran isə müharibədən sonra daxildə son müharibədə üzə çıxan zəiflikləri aradan qaldırmalı olacaq. İsraillə qarşıdurma İslam Respublikasına müəyyən mənada güc verdi. Daxildəki zəiflikləri üzə çıxardı və rejimə rəğbəti artırdı. İran hakimiyyəti isə yaranmış situasiyadan istifadə edərək potensial rejim düşmənlərini və agentləri kütləvi şəkildə əzəcək. Artıq dünən İran məhkəmə sistemi casusluqla mübarizə haqqında qanunun parlament tərəfindən daha da sərtləşdirildiyi haqda xəbər yayıb. Son günlərdə kütləvi şəkildə casus ovu davam edir, artıq yüzlərlə casusun həbs olunduğu bildirilir.
Müharibənin üzə çıxardığı daha iki zəiflik isə hərbi hava qüvvələri və hava hücumundan müdafiə sistemləridir. Güman ki, Tehran bu ehtiyaclarını Rusiya və Çin sayəsində təmin etməyə çalışacaq. Düşünürəm ki, bu müharibədən sonra Çin və Rusiya da İranı itirə biləcəklərini anladılar və narahat oldular. Çindən İrana hərbi yardımlarla bağlı xəbərlər hər nə qədər rəsmi təsdiqlənməsə də, məhz bu yardımlardan sonra İran səmalarında İsrailə məxsus pilotsuz aparatların ardıcıl vurulması şübhəyə yer qoyur.
Bu müharibə haqlı olaraq “Pandoranın qapağının” açılması adlandırılır. 1991-ci ildə Səddam Hüseynin Körfəz savaşından diqqətləri yayındırmaq üçün İsrailə 39 ədəd köhnəlmiş “Skad” raketləri atmasını hesaba almasaq, 50 ildən sonra İran başqa bir ölkə ilə ağır müharibəyə girdi.
Faktiki olaraq 12 günlük eskalasiya nəticəsiz başa çatdı. Heç bir tərəf tam qələbəyə nail olaraq qarşı tərəfi məğlub edə bilmədi. Hər iki ölkə hələ də güclüdür. Bu isə o deməkdir ki, iki ölkə arasında “soyuq müharibə” indi daha amansız şəkildə davam edəcək. Çünki artıq hər iki ölkə bir-birinin zəif yerlərini bilir.
17 Iyul 2025
14 Iyul 2025
11 Iyul 2025
04 Iyul 2025
02 Iyul 2025
25 Iyun 2025
21 Iyun 2025
18 Iyun 2025
14 Iyun 2025
12 Iyun 2025
06 Iyun 2025
03 Iyun 2025
31 May 2025
11 May 2025
05 May 2025
03 May 2025
26 Aprel 2025
22 Aprel 2025
19 Aprel 2025
16 Aprel 2025
13 Aprel 2025
11 Aprel 2025
09 Aprel 2025
07 Aprel 2025
14 Yanvar 2025
29 Oktyabr 2024
21 Oktyabr 2024
18 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ